İran təqlidinə yer vermək olmaz
Yusif Nəzərli
17:35 06.05.2023
Siyasət
689
Ölkədə xarizmatik, ali dərəcəli dini titullu milli ruhanilər yetişməlidir
Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir. İranın molla rejiminə xidmət edən, Azərbaycan ərazisində təbliğ edən xeyli sayda şəxs artıq saxlanılıb. Onlara qarşı müxtəlif maddələrlə ittihamlar da irəli sürülüb. Saxlanılan şəxslərin evlərində, ofislərində və ibadət yerlərində aparılan axtarışlar zamanı qondarma “Kərimə dövləti”ni qurmaq üçün materiallar, "Xameneinin əsgərləri" yazılan vərəqələr tapılıb. Həmçinin rejimi təbliğ edən xeyli sayda materiallar, fotolar maddi sübut kimi götürülüb. Hazırda casus şəbəkəsinin ifşası istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, İranla münasibətlər Tehranın Azərbaycana qarşı apardığı mənfur siyasət nəticəsində xoşagələn deyil. Partiya rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev Şuşada beynəlxalq tədbirdə çıxış edərkən deputat Fazil Mustafaya qarşı törədilən terrorun da arxasında İranın olduğunu qeyd etdi:
"Bu artıq hər şeyi tam aydınlığı ilə ortaya qoyur. İran illərlə qonşuluq, Azərbaycanın onlara dost münasibətindən sui-istifadə edərək ölkəmizdə casus şəbəkə yetişdirib. Bunu çoxumuz bilirdik, hər zamanda deyirdik, ancaq zamanı deyildi deyə aidiyyəti qurumlar səbr edirdi. Hazırda bu şəbəkəyə qarşı ciddi tədbirlər görülür, həbslər həyata keçirilir. Ancaq onların sayı o qədər çoxdur və o qədər zəhərli, zərərlidirlər ki, bu tədbirlər hökmən davamlı və daha ciddi olmalıdır. Ölkədə bəziləri buna etirazını bildirir, iddia edirlər ki, guya, tutulanlar "dindarlar"dır. Əsla belə deyil. O şəxslər "dindar" sayıla bilməz. Sırf İranın təsir dairəsində anti-Azərbaycan, anti-islam cərəyanlarına alət olmuş şəxslərdir və çoxu da terrorçudur. Millət vəkilinə terror edənlərə necə dindar demək olar? Elələrinə "dindar" deyib təmizə çıxarmaq istəyənlərin özləri də İranın təsirində olanlardır".
T.İrfan İran casuslarına və molla rejimini təbliğ edənlərə qarşı tədbirləri qənaətbəxş hesab etmir: "Məscidlərdə çoxlaylı inanclı insanlar var ki, İran müctəhidlərini təqlid edirlər, onlardan fətva soruşurlar. Bu bağlılıq sonradan rejimin agenti olmağa aparıb çıxaran nərdivanın ilk pilləsidir. Agent təmizləmə tədbirləri dini prosesin ideoloji baxımdan nizama salınmasına birbaşa bağlıdır. Ölkədə xarizmatik, ali dərəcəli dini titullu milli ruhanilər yetişməlidir ki, inanclı insanlar İran təqlidindən yaxa qurtara bilsinlər. Ölkəmizdə dindarlara, saf inanclı insanlara gözəl şərait yaradılıb. Məscidlərdə normal şəkildə ibadət, itaət edə bilərlər. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti də yüksək səviyyədədir. Onların təyin etdiyi şəxslər kifayət qədər normal insanlardır.
Dini vəziyyətin dövlət maraqlarına uyğun tərzdə nizamlanması çox vacibdir.
İrana bağlı olan casus şəbəkəsinin tam nəzarətə götürülüb axırıncı nəfərinə qədər zərərsizləşdirilməsi çox mühümdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region