İran XİN rəhbəri ABŞ-ı xəbərdar edib: Tehran qətiyyətlə cavab verəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni "avantürist addımlar" atmaqdan çəkinməyə çağırıb.

Sherg.az xəbər verir ki, Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistan Silahlı Qüvvələrinin rəhbəri Asim Munirlə danışıqlar aparıb. Görüşlərdə Tehran və Vaşinqton arasında artan gərginlik müzakirə olunub.

İran XİN rəhbəri bildirib ki, ABŞ-nin sərt addımları olacağı təqdirdə Tehran qətiyyətli cavab verəcək. O, İranın mümkün təxribatlara hazır olduğunu qeyd edib.

Məlumata görə, ABŞ ordusunun İranın Kiş adasında yaşayış binasına zərbə endirdiyi iddia olunur. Hadisə nəticəsində üç nəfərin öldüyü bildirilir.