
İranın təhdidləri artan xətt üzrə davam edir
Yusif Nəzərli
10:04 04.11.2022
Siyasət
452
Lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur
"Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədlərində təliminin İranın hərbi təlimlərinə cavab olduğu məlumdur". Bu sözləri "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, burada diqqətçəkən məqam başqadır: "İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutur, diplomatik gedişlər edirdi. İndi ilk dəfədir ki, hərbi təhdidə qarşı hərbi müstəvidə cavab verilir. Bunun birdən çox səbəbi var. Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoş niyyətinə rəğmən təhdid ritorikasından əl çəkmir.

Əksinə, barışdırıcı, uzlaşdırıcı mövqeni “geriçəkilmə” kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir. İkincisi, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektividir. 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir. Lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur.
Bunun fonunda molla rejiminin müdaxilə etməsi senarisi də nəzərə alınmalıdır. İran rəsmiləri və siyasətçilərinin çağırışlarının bu istiqamətdə olması da təsadüfi deyil. Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır.
Bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək. Araza “körpü atan”lara qarşı Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da adekvat “əzələ nümayişi”dir. İran “Yaşma”nı tanımaq istəyirsə, qardaşı Ermənistandan soruşa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya