İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik

“Ermənistan KTMT-dən çıxa bilər, bu, bizə çoxdan məlumdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

“İlkin mərhələdə vəziyyəti hansısa şəkildə yoluna qoymaq üçün vaxt verdik. Amma cavab gözləmək üçün ayrılmış vaxt artıq çoxdan tükənib. Buna görə də Ermənistanın Baş naziri lazımi açıqlamanı verdi”, - Simonyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin KTMT-dən çıxarılacağı təqdirdə xoşbəxt olacağını bildirmişdi.