İrəvanın addımlarının hüquqi əsası yoxdur
Yusif Nəzərli
05:30 21.10.2022
Siyasət
450
Aİ-dən sonra ATƏT-ə müraciət edən Ermənistan bir növ Rusiyanın da əlinə oynayır
ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək. Səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir. Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan şərti sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.
ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətində haqlı olaraq belə bir sual yaranır, əgər Avropa İttifaqı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? Bu qurum 30 il ərzində bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin turist-qastrol səfərləri ilə kifayətlənib. Nəticəsi isə göz qabağındadır. Həmçinin, 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Şərq"ə bildirib ki, Ermənistanın atdığı addımları məntiqlə əsaslandırmaq qeyri-mümkün olduğu kimi hüquqi əsasları da yoxdur. Analitik bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində hansısa monitorinq mərkəzi müşahidə aparmaq niyyətindədirsə, burada mütləq rəsmi Bakının da razılığı olmalıdır:
"Çünki nəticə etibarı ilə missiyanın müşahidə aparacağı bölgə, yer Azərbaycan əraziləridir. O baxımdan Azərbaycanla bu məsələnin razılaşdırılması, atılacaq addımların beynəlxalq hüquqa uyğunlaşdırılması zəruridir. Əlbəttə, beynəlxalq təşkilatların nə dərəcədə ədalətli və obyektiv olmasından xəbərdarıq. Son 30 il ərzində ikili standartlardan, Azərbaycana qarşı qərəzdən başqa heç nə görməmişik. Ermənistan sülh müzakirələrini pozmaq üçün bütün vasitələrdən istifadə edir. Avropa Birliyinin 40 nəfərlik ekspert qrupundan sonra İrəvanın başqa addımlar atacağı bəlli idi. ATƏT-lə kifayətlənməyən Ermənistan BMT-nin də missiyasını regiona dəvət edə bilər. Ancaq məsələ ondadır ki, istənilən qurum müşahidə aparacağı bölgəni çox yaxşı bilməli, öyrənməlidir. Əfsuslar olsun ki, Qərb ölkələri birmənalı şəkildə Ermənistanı dəstəkləyirlər. Xüsusən, Fransa Aİ üzvü və monitorinq qrupunda təmsil olunan dövlət kimi İrəvanın mövqeyini müdafiə edirlər. Düşünürəm ki, indiki məqamda Aİ-dən sonra ATƏT-ə müraciət edən Ermənistan bir növ Rusiyanın da əlinə oynayır. Moskvanı prosesdən tamamilə təcrid etməkdən ehtiyatlanır. Çalışır ki, ATƏT vasitəsi ilə Rusiyanı da regional oyunda saxlasın. Əslində Ermənistanın əsas niyyəti prosesləri bir-birinə qataraq gedişatı əngəlləmək və ləngitməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya