
İrəvanın Qərb siytasəti: Erməni dövlətçiliyi ağ intihar səviyyəsindədir -ŞƏRH
11:42 16.07.2024
Siyasət
484
Nikol Paşinyan Milli Assambleyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvlərini əmin edib ki, ölkədə parlament seçkiləri 2026-cı ildən tez keçirilməyəcək.
Bu barədə fraksiyadan adı açıqlanmayan mənbə “Hraparak”a bildirib.
Məlumata görə, baş nazir seçkilərin bu il heç bir halda tez baş tutmayacağını, bu səbəbdən erkən təşviqat kampaniyasına başlamağın mənasız olduğunu deyib.
Mənbə qeyd edib ki, Paşinyan payızda Ermənistanın xarici siyasəti ilə bağlı sürpriz proseslərin olacağının mesajını verib.
İddialara görə, Avropa Birliyinin Ermənistanı qəbul etməməsi, Qərbin İrəvanın istədiyi kimi maliyyə yardımı ayırmaması fonunda Paşinyan yenidən Rusiyaya yönəlməyi düşünür. Bunun üçün isə o, Moskvadan ilk olaraq təhlükəsizliyi üçün təminat almaq istəyir.
Politoloq Tofiq Abbasov "Sherg.az"a söyləyib ki, Nikol Paşinyan xarici görüşündən asılı olmayaraq yola gələbiləsi adamdır:
“Paşinyan nə etmək istədiyini bilir və Ermənistan cəmiyyəti qarşısında lazimi manevrləri edir. Əhaliyə göstərir ki, Qərbə doğru gedirsizsə, gedək, Rusiyadan qırılmaq istəyirsizsə, qırılaq. Yəni Paşinyan sözdə əməli hərəkətləri icra edir və müxtəlif qütblərin reaksiyalarını öyrənərək cəmiyyətinə çatdırır. Paşinyan başda olmaqla ermənilər başa düşür ki, onlara gəlişi gözəl sözlərlə müraciət edənlər heç nə etməyəcəklər. Qərbə və Amerikaya Ermənistanın aqibəti deyil, əraziləri lazımdır. Ona görə də Nikol Paşinyan Rusiya vektorunu dəyişməyəcək”.

Ekspert qeyd edib ki, Ermənistan cəmiyyətində güclü qərbpərəst mövqe mövcuddur:
“Yəni ölkənin xarici siyasətini alt-üst edərək qərbyönümlü sistem yaratmağa çalışırlar. Qərb isə Ermənistana arzusunda olduğu heç nəyi verməyəcək. Qərb həmişə invaziya xətrinə başqa diyarlara gəlir. Yəni başqa ərazilərdə “öz mıxını qurub, papağını asır”. Ermənistanda yaşayan insanlar anlamalıdırlar ki, Azərbaycan və Türkiyə olmasa, Ermənistanın sonu çox acınacaqlı olacaq. Psixologiyada ağ intihar anlayışı mövcuddur. Mənası insanın həyata marağını itirməsi deməkdir. İnsan yaşayır, amma sakit formada da dünyasını dəyişir. Erməni dövlətçiliyi də ağ intihar səviyyəsindədir. Əgər Paşinyana mane olmasalar, o, ölkəsinin xeyrini başa düşər və düşür. Ona görə də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə sərhədlərin açılması Ermənistanın nicat yoludur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat