
IV Antalya Diplomatiya Forumunda təmsil olunmaq ölkəmiz üçün müsbət haldır -Millət vəkili
13:02 11.04.2025
Siyasət
429
“Bu gün dünyada yeni düzən formalaşmaqdadır. Dövlətlər öz starategiyalarına uyğun, milli maraqları çərçivəsində gələcəyini qurmağa çalışır. Siyasətdə əbədi dost olmadığı kimi, əbədi düşmən də olmur. Dünən bir-birinə yaxın olan ölkələr bu gün fərqli səngərlərdədirlər, əks siyasət yürüdənlər də az deyil. Çünki dünyada baş verən hadisələr yeni münasibətlər formalaşdırmaqdadır. Regionumuzda cərəyan edən hadisələr Azərbaycanı ayıq-sayıq olmağa məcbur edir. Nəyin necə olacağını müəyyənləşdirmək üçün dövlətlərin bir araya gəlməsinə ehtiyac var və həmin platformada dünyanın gələcəyini müzakirə edib qərarlar qəbul etmək olar”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumunda (ADF2025) Azərbaycanın təmsil olunması ölkəmiz üçün müsbət haldır:

“Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil olunur. Forumda 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri də qatılıb. Azərbaycan çox həssas coğrafiyada yerləşir, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri məhz ölkəmizin ərazisində kəsişir. İqtisadi maraqlarını təmin etməyə çalışan iri dövlətlər, fövqəlgüclər bu dəhlizlər üzərindən Azərbaycanla münasibətlər qurmağa çalışırlar. Azərbaycan dövlətinin yürütdüyü balanslı siyasət, eyni zamanda milli maraqlarının təmin olunmasını daim yüksəkdə tutması ölkəmizə üstünlük qazandıran faktorlardır. 44 günlük müharibədən sonra regionda maraqlı hərbi-siyasi mənzərə yaranıb. Beynəlxalq tədbirlərdə iştirak etməklə Azərbaycan haqlı tərəf, Ermənistanın isə işğalçı dövlət olduğunu digərlərinin diqqətinə çatdırır. Sülhə əngəl olan güclərin də iç üzünü açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya