Kaladze Avropa İttifaqını Gürcüstanı vizasız rejimlə şantaj etdiyini bildirib

"Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır".

24News.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək.

Kaladzenin sözlərinə görə, vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir.

Xatırladaq ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski sentyabrın 20-də Avropa İttifaqının Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə biləcəyini bəyan etmişdi.