Kılıçdaroğludan diqqətçəkən mesaj: “Hakimiyyət limanına lövbər salacağıq”

CHP sədri Kemal Kılıçdaroğlu Tuncelidən ona hədiyyə edilən tablo ilə bağlı paylaşımında Türkiyədə hakimiyyətə gəlmək mesajı verib.

Sherg.az xəbər verir ki, Kılıçdaroğlu bildirib:

“Bir çox yükdən xilas olub, fırtınanı geridə qoyaraq hakimiyyət limanına lövbər salacağıq.”

O, paylaşımında şair Nazim Hikmətin misralarına da yer verərək tərəfdarlarına müraciət edib və birlikdə “günəşin süfrəsində oturacaqlarını” deyib.

Tablonun Kılıçdaroğluna Tuncelidən hədiyyə edildiyini CHP-nin Kommunikasiya Koordinatoru Ali Haydar Fırat açıqlayıb.