Klaar: “Sərhədlərin açılması və ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün faydalıdır”
Yusif Nəzərli
14:17 29.10.2022
Siyasət
463
“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün mərhələlərində fəal iştirak edir”.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın Səsi”nə müsahibəsində bildirib.
T.Klaar qeyd edib ki, bunun ən bariz sübutlarından biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin dörd görüşünü keçirməsidir.
Onun qeyd etdiyi kimi, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri də şərti sərhədlər boyu müşahidə missiyasının yerləşdirilməsidir.
“Missiya dəstək potensialımızı artıracaq. Bundan əlavə, buradakı fiziki mövcudluq baxımından Aİ sülh və sabitliyə sadiqliyini nümayiş etdirir, həmçinin Aİ-nin Ermənistan və Azərbaycana sülhə nail olmaqda kömək etmək missiyasına ciddi yanaşdığını nümayiş etdirir”, - deyə xüsusi nümayəndə əlavə edib.
Klaar vurğulayıb ki, missiyanın müddəti iki aydır.
“Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz bunu uzun müddətə yox, qısa müddətə edə bilərik”, - deyə avropalı diplomat hesab edir.
Toivo Klaar ümid edir ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər.
Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsi, o cümlədən Gürcüstan iqtisadi imkanlarını itirir. Odur ki, sərhədlərin açılması, rabitə əlaqəsi, ticarətin bərpası regionun hər üç respublikasına sərf edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə