Həmçinin, bəyan edilib ki, terrorizmin bütün şəkil və təzahürlərinə qarşı mücadilə, qonşu ölkələrin milli güvənliyinə xələl gətirən separatçılığa qarşı mübarizə Astana toplantıları nəticəsində qəbul edilən qərarlardan biridir. Ankara hökuməti Kremldən Astana qərarlarına uyğun hərəkət etməsini və terror təşkilatlarından uzaq durmasını tələb edib.
Kreml əndazəni aşdı
Turan
07:07 02.09.2020
Siyasət
1309
Rusiya PKK-nın siyasi qolu sayılan PYD və YPG ilə müqavilə bağlamaqla Türkiyəyə mesaj verdi
"Elə sırf Rusiyanın bu addımına görə Türkiyə Qarabağa ordu yeritməlidir"
PKK-nın siyasi qolu sayılan PYD və YPG nümayəndələri Rusiya ilə əməkdaşlıq müqaviləsi imzalayıblar. Türkiyə mediasının yaydığı xəbərə görə, müqavilə terrorçu təşkilatın liderlərindən biri olan İlham Əhməd tərəfindən Moskvada imzalanıb. Təşkilat rəsmiləri Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüblər. Məsələylə bağlı Türkiyə Xarici İşlər Nazirliyi sərt bəyanat verib. Bəyanatda vurğulanıb ki, terror təşkilatı rəhbərliyinin Rusiyaya dəvəti və rəsmilər tərəfindən qəbul edilməsi yolverilməzdir.
Həmçinin, bəyan edilib ki, terrorizmin bütün şəkil və təzahürlərinə qarşı mücadilə, qonşu ölkələrin milli güvənliyinə xələl gətirən separatçılığa qarşı mübarizə Astana toplantıları nəticəsində qəbul edilən qərarlardan biridir. Ankara hökuməti Kremldən Astana qərarlarına uyğun hərəkət etməsini və terror təşkilatlarından uzaq durmasını tələb edib.
Xatırladaq ki, sözügedən təşkilatlar dünyanın əksər dövlətləri və beynəlxalq qurumları tərəfindən terrorçu qurum kimi tanınsa da, Rusiya və bir sıra başqa ölkələr onları terror qruplaşması olaraq qəbul etmir. Terrorçularla müqaviləni şərh edən politoloqların qənaətincə, Rusiyanın bu addımı birbaşa Türkiyənin Cənubi Qafqazda aktiv rol oynamasına qarşı atılıb.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Kremlin terror təşkilatı sayılan PYD və YPG rəhbərliyini qəbul etməsi Türkiyəyə mesajdır. S.Cəlaloğlunun fikrincə, Moskvanın terrorçularla müqavilə bağlaması Ankara hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində sərgilədiyi qətiyyətli mövqeyinə cavabdır:
“PKK-nın vaxtı ilə SSRİ tərəfindən yaradıldığı heç kimə sirr deyil. Terrorçu təşkilat hər zaman Türkiyəyə qarşı dəstəklənib. PYD və YPG də PKK-nın siyasi qanadıdır. Dünya ölkələrinin əksəriyyətinin terror təşkilatı kimi tanıdığı bir qruplaşma ilə Rusiyanın əməkdaşlıq etməsi qəbuledilməzdir.
Xatırladım ki, bundan əvvəl Rusiyada müxtəlif dairələrin terrorçu “Əl-Qaidə” təşkilatı ilə əməkdaşlıq etdiyi üzə çıxmışdı. Yayılan xəbərlərə görə, “Əl-Qaidə” və “Taliban” militanları Amerika əsgərlərini öldürməli idilər.
Beynəlxalq ictimaiyyət bununla bağlı sərt bəyanat verməlidir. Türkiyə ilə yanaşı, Azərbaycan da bu addımı qınamalıdır.
Əslində Rusiya tərəfindən atılan addımlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə dostluğu zəruridir və Dağlıq Qarabağın tezliklə azad olunması vacibdir. Elə sırf Rusiyanın bu addımına görə Türkiyə Qarabağa ordu yeritməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya