“Kennedi məlum yüklər barədə soruşduqda Qromıkon belə cavab verib: - “Biz Kubaya sadəcə müdafiə məqsədli silahlar göndərmişik”. Kennedi Qromıkonu qapıdan yola saldıqdan sonra əsəbi şəkildə “üzümə yalan söylədi” ifadəsini işlədib. Qromıko həqiqətən yalan danışırdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə SSRİ-nin Kubada uzaq və orta mənzilli raketləri yerləşdirməsi ilə əlaqəli idi. Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, Kremlin siyasəti isə dəyişmir”.
Kremlin siyasəti dəyişmir
Turan
08:29 28.08.2020
Siyasət
760
Bakı danışıqlarından əliboş dönən Şoyqunun səmimiliyinə inam azdır
Məlum olduğu kimi, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ermənistana silah verməsi ilə bağlı iddialara aydınlıq gətirib. Şoyqu Rusiyadan Ermənistana uçan təyyarələrdə heç bir silah olmadığını, bu təyyarələrin sadəcə tikinti materialları daşıdığını iddia edib. Onun sözlərinə görə, hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil. Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib.
Şoyqu xüsusilə qeyd edib ki, Rusiya Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq. Nazirin açıqlamasını şərh edən politoloqlar Şoyqunun səmimiliyinə inanmadıqlarını deyirlər. Onların fikrincə, Rusiyadan Ermənistana təyyarələr vasitəsilə göndərilən silahlar beynəlxalq qanunlar çərçivəsində deklarasiya olunmalı idi.
Həm də ortaya bəzi suallar çıxır. Rusiya niyə bu daşınmanı Qazaxıstan, Türkmənistan və İranın hava məkanı ilə dolayı yolla göndərib? Halbuki, yükləri Gürcüstan üzərindən də asanlıqla göndərə bilərdi. Məhz bu cür ziddiyyətli məqamlara görə Rusiyanın Ermənistana silah göndərməsinə dair şübhələr hələ də qalmaqdadır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Şoyqunun “Rusiya Ermənistana hərbi yük daşımayıb, inşaat texnikası göndərib” açıqlaması 1962-ci ildə baş verən olayda Kremlin bənzər “izahına” bənzəyir. Politoloq xatırladıb ki, ABŞ kəşfiyyatı 1962-ci ilin oktyabr ayında müəyyənləşdirir ki, SSRİ Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirməyə başlayıb. Prezident Con Kennedi məsələni aydınlaşdırmaq üçün SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu Ağ Evdə danışıqlara dəvət edib:
“Kennedi məlum yüklər barədə soruşduqda Qromıkon belə cavab verib: - “Biz Kubaya sadəcə müdafiə məqsədli silahlar göndərmişik”. Kennedi Qromıkonu qapıdan yola saldıqdan sonra əsəbi şəkildə “üzümə yalan söylədi” ifadəsini işlədib. Qromıko həqiqətən yalan danışırdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə SSRİ-nin Kubada uzaq və orta mənzilli raketləri yerləşdirməsi ilə əlaqəli idi. Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, Kremlin siyasəti isə dəyişmir”.
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə də Şoyqunun izahatının kifayət qədər suallar doğurduğunu deyib:
“Əgər daşınan yüklər tikinti materiallarıdırsa, Şimali Qafqazdan qalxan hərbi yük təyyarəsi Gürcüstan üzərindən 500 km. məsafəni qoyub, Qazaxıstan, Türkmənistan və İran üzərindən 3 min km. məsafəni niyə qət edib?! Belə olan təqdirdə, Gürcüstan tikinti materillarının daşınmasına icazə niyə verməyib? Rusiyanın müdafiə naziri Bakı danışıqlarından əliboş dönüb. Şoyqu Bakıya gəlməzdən əvvəl Ermənistanın müdafiə naziri D.Tonoyana zəng vurub və ondan sonra Bakıya gəlib. Xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdükdən sonra rusiyalı həmkarı erməni nazir Z.Mnatsakanyana zəng vurub, görüş barədə məlumat verib.
Göründüyü kimi, Rusiya rəsmiləri Azərbaycanla danışıqlarda mütləq erməni həmkarları ilə “məsləhətləşirlər”. Düşünürəm ki, Azərbaycan tərəfi öz mövqeyində qalaraq, bundan sonra ancaq Türkiyə ilə birgə addımlamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya