KTMT Azərbaycana yaşıl işıq yandırdı - Karapetyan
Yusif Nəzərli
07:43 03.04.2024
Siyasət
475
KTMT hərbi-siyasi birlik olaraq hansı zonanı qorumağa borclu olduğunu dəqiqləşdirməkdən imtina edib. Bu, İrəvanın, xüsusən də KTMT-yə “Ermənistanı hansı sərhədlərdə tanıyırsınız?” sualını verən Nikol Paşinyana cavab addımı idi.
Axar.az xəbər verir ki, bunu erməni politoloq David Karapetyan deyib.
“KTMT çox diplomatik cavab verdi. Buradan belə nəticəyə gəlmək olar ki, KTMT Ermənistanın Azərbaycanla qarşılıqlı razılaşdırılmış sərhəd xətti olduqda müdafiə olunacaq sərhədləri tanıyacağını açıq şəkildə bildirib. Biz diplomatik və çətin cavab aldıq. İndiki hakimiyyət KTMT ilə bu söhbəti davam etdirmək istəyirsə, reaksiya verməlidir. Bu bəyanat həm də Azərbaycan üçün yaşıl işıqdır, çünki KTMT faktiki olaraq Ermənistanın sərhədlərini necə tanıdığını deməyib. Belə olan halda KTMT bütün məsuliyyəti Ermənistanın hazırkı hakimiyyətinin üzərinə qoydu. O ki qaldı ehtimal olunan hərbi eskalasiya zamanı KTMT-dən kömək gözləməli olub-olmamağımıza, hüquqa uyğun olaraq düzgün müraciət təqdim etsək, KTMT-dən kömək alacağıq. Ancaq mövcud vəziyyətdə münasibətlərdə açıq-aşkar böhran olduğundan bu suala heç kim dəqiq cavab verə bilməz. Belarus prezidenti bu suala vaxtında cavab verib və açıq şəkildə bildirib ki, hər halda Azərbaycan onların qardaş ölkəsidir, İlham Əliyev onların qardaşıdır, ona görə də çalışmalıdırlar ki, bu məsələlərə qarışmasınlar. Yəni Azərbaycanın timsalında bu strukturun bir istisnası var. Ermənistan bu struktura böhran zamanı gəlib öz missiyalarını yerinə yetirmələri üçün nə qədər düzgün şəkildə müraciət etsə də, KTMT-nin gəlməsini, yardım etməsini gözləmirəm”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət