“Coğrafi amil də bir növ tətik rolunu oynayıb. Nəticədə ən gözlənilməz nəticələri olan qarşıdurma çarxı işə salınıb”. XİN rəhbərinin sözlərinə görə, son 26 ildə ilk dəfə olaraq səhra artilleriyasından, minaatanlardan və pilotsuz zərbə təyyarələrindən istifadə ilə yüksək intensivli döyüşlər Dağlıq Qarabağda təmas xəttində deyil, bilavasitə Ermənistan və Azərbaycan arasında dövlət sərhədində baş verib.
Lavrovun etirafları bizi qane edir
Turan
08:27 22.08.2020
Siyasət
802
"Ermənistanın məqsədi enerji kəmərlərinə qarşı təxribat törətməkdir"
Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini yenidən işə salmaq qərarı bir tərəfin narahatlığına, o biri tərəfin isə əsassız reaksiyasına səbəb olub. Bu fikirləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində səsləndirib. Rusiyalı nazir bildirib ki, Azərbaycan-Ermənistan sərhədində 12-16 iyul tarixlərində baş vermiş münaqişə 1994-cü ilin atəşkəs haqqında sazişinin ikinci ən böyük miqyaslı pozulması olub. Lavrovun sözlərinə görə, münaqişə kompleks səbəblər nəticəsində baş verib:
“Coğrafi amil də bir növ tətik rolunu oynayıb. Nəticədə ən gözlənilməz nəticələri olan qarşıdurma çarxı işə salınıb”. XİN rəhbərinin sözlərinə görə, son 26 ildə ilk dəfə olaraq səhra artilleriyasından, minaatanlardan və pilotsuz zərbə təyyarələrindən istifadə ilə yüksək intensivli döyüşlər Dağlıq Qarabağda təmas xəttində deyil, bilavasitə Ermənistan və Azərbaycan arasında dövlət sərhədində baş verib.
Rusiya XİN başçısının açıqlamasını “Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, indiyə kimi Sergey Lavrovun ifadələri şablon xarakterli idi. Rusiyalı nazir əsasən sülh danışıqlarından, qarşılıqlı etimaddan və s. əhəmiyyətsiz məsələlərdən danışırdı. Uzun zamandır bunları eşidirdik. Lakin nazirin dilindən ilk dəfə təxribatın konkret səbəbləri gündəmə gətirilib:
“Lavrov kifayət qədər təcrübəli diplomatdır və onun hərbi toqquşmanın səbəbini konkret ifadə etməsi bizdə şübhə doğurmur. Eyni zamanda Rusiya xarici işlər nazirinin sözləri faktiki olaraq Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Lavrov Ermənistan tərəfini “əsassız reaksiya verməkdə” ittiham edir. Tovuz hadisəsindən dərhal sonra dəfələrlə bəyan etmişik ki, Ermənistanın məqsədi enerji kəmərlərinə qarşı təxribat törətməkdir.
Düşmənin niyyəti alınmadı və təcavüzkar qüvvənin təxribatlarına Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildi. Bu baxımdan Lavrovun dili ilə səslənən etiraflar bizi ümumən qane edir”.
Professor hesab etmir ki, Moskva əvvəlki mövqeyini dəyişib və Ermənistanı dəstəkləməkdən vaz keçib: “Hər halda Rusiya XİN rəhbərinin məsələyə bu şəkildə yanaşması müsbət məqamdır.
Avqust ayının 26-da Xarici işlər nazirimiz Ceyhun Bayramov Rusiyaya səfər edəcək. Çox güman ki, sözügedən məsələ ciddi və geniş şəkildə tərəflər arasında müzakirə ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya