“Makron Fransanı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir”
Fidan Həmişəyeva
11:54 30.12.2020
Siyasət
665
Fransa prezidenti Emmanuel Makronun Ermənistan mətbuatında yer alan sonuncu fikirləri onun ermənipərəst siyasətinin təzahürüdür. Noyabrın 10-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. E.Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Makron müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".
Millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqedə durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirirdi:
“Fransa kimi nüfuzlu bir dövlət başçısının belə bir fikirlərlə çıxış etməsi münaqişənin həllində bu ölkənin bitərəfliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa nə mənəvi, nə də ki, hüquqi və siyasi haqqı yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən bu məsələlərdə daha çox canfəşanlıq edən Fransanın “özünəməxsus” prinsipləri mövcuddur.
Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır. Dünyanın ən sivil dövlətlərindən biri sayılan müasir Fransanın hakim dairələrində kök salmış erməni sevgisi bu ölkənin heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib”.
V.İskəndərov qeyd edib ki, bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirmək istiqamətində addımlar atmaqdadır:
“Makron növbəti seçkidə qalib gəlmək üçün Fransanın "kiçik bacısı" adlandırılan Ermənistana, daha doğrusu, erməni lobbisinin, diasporunun maliyyəsinə, dəstəyinə arxalanır. Bununla da Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət