Makronun fəallığı mənasız cəhddir
Yusif Nəzərli
09:30 15.11.2022
Siyasət
483
Cənubi Qafqaz teatrında Fransaya yer yoxdur
Nə Azərbaycan, nə Türkiyə, nə ABŞ, nə də Britaniya bu rəqabət meydanında Fransaya yer vermək marağındadır
Noyabrın 12-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Makron noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib. Həmçinin, Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Fransa Cənubi Qafqaz siyasətinin nüanslarını davam etdirmək üçün müvafiq çərçivələr tapmaq axtarışlarındadır. Analitikə görə, Paris Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı təşəbbüslərini "sabitliyin qorunub-saxlanılması" ifadələri ilə epitetləsə də, onun mövqeyi Bakının siyasəti ilə uyuşmur:
"Elə bu uyğunsuzluq, sülh və təhlükəsizlik modelinə dair bir-birilə ziddiyyət təşkil edən mövqelər Fransa Prezidenti Emmanuel Makronu Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə vadar edib. Makronun dövlət başçısı İlham Əliyevlə telefon diplomatiyası Fransanın dünya üzrə sönməkdə olan qlobal maraqlarını Cənubi Qafqazla bərpa etmək üçün bir yol kimi qiymətləndirilə bilər. Ermənistana qucaq açaraq vasitəçilik təşəbbüsünü şübhə altına alan Fransa Azərbaycanın ərazi suverenliyinə təhdid yaratmaq xəttinə getməklə həyata keçirmədiyi və ya nəzarət edə bilmədiyi prosesdə təsir vasitəsinə çevrilmək niyyətindədir. Ona görə də Fransa Azərbaycanın siyasəti ilə barışıb reallıqları qəbul etməyin ən optimal seçim olduğunu dərk edir. Ancaq Paris İrəvana bir neçə səbəbə görə revanşist nəfəs verir. Birinci məqam odur ki, Fransa qavrayır ki, Ermənistan onun maraqlarını tərəfdaşlıqla deyil, mütiliklə təmin edəcək və regionda Türkiyənin möhkəmlənməsinə maneələrin yaradılmasında rol oynayacaq. İkinci nüansa gəldikdə isə Fransa Cənubi Qafqazı alternativ qismində görür və o, bu regionda Rusiya vasitəsilə dirçəlib meydan oxumağa çalışır. Paris Azərbaycan-İran münasibətlərindəki gərginlik fazasını Bakıya qarşı cəbhə platforması kimi diqqətdə saxlayır. Fransa qeyd etdiyimiz istiqamətlər üzrə arzularını Avropa İttifaqının çərçivəsindən kənarda, qlobal geosiyasi əhəmiyyətini təsdiqləmək üçün həyata keçirməyi hədəfləyir".
A.Kərimov qeyd edib ki, Paris Ermənistanı dəstəkləməklə Fransadakı erməni lobbisi və erməni icmasının könlünü xoş tutmaq istəyir ki, bu da sırf daxili-siyasi məsələlərin perspektivi üçün nəzərdə tutulur:
"Fransanın Cənubi Qafqazda potensial alternativ kimi genişlənmək sevdası reallaşmayacaq, çünki Qərbin iki gücü – ABŞ və Böyük Britaniya da dünya üzrə Fransanın ekspansiyasını zəiflədən proses başladıblar. Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-İran hibrid savaşı Cənubi Qafqazın böyük siyasi təlatümlə üzləşməsi riskini və geosiyasi tamahları artırır. Amma nə Azərbaycan, nə Türkiyə, nə ABŞ, nə də Britaniya bu rəqabət meydanında Fransaya yer vermək marağındadır. Rusiyaya gəlincə, o, Cənubi Qafqaz teatrında Fransanı yalnız formal tərəfdaş kimi görə bilər və Moskva özü də NATO-nun bir üzvü olan Fransanın regionda “at oynatmasına” şərait yaratmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol