MDB ölü sistemdir !- “Transkontinental blok zamanın tələbidir”
Banuçiçək Kalbalıyeva
10:47 08.01.2021
Siyasət
809
“Bu, ona daxil olacaq ölkələrin həm inkişafı, həm də müdafiə üçün əhəmiyyətlidir”
“Dünya artıq dəyişib. Rusiya hələ türk dövlətlərinə təzyiq edir, ərazi iddiaları irəli sürür. Qazaxıstanla münasibətlər bunun təsdiqidir”
“Amma Rusiya indiki siyasətini davam etdirsə, tamamilə təcrid olunacaq”
Son vaxtlar gündəmin əsas mövzularından biri MDB ölkələrinin bu qurumun tərkibindən çıxmaq istəyidir. Belə ki, Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan sözügedən qurumla yollarını ayırmağa çalışırlar. Əlbəttə, bu Rusiyanın xoşuna gəlmir. Kremlin rəsmi səviyyədə “Biz Qazaxıstanın torpaqlarını ona hədiyyə etmişik” bəyanatı da bunun bariz nümunəsidir. O, regionu Bağdada, özünü isə kor xəlifəyə bənzətməkdə davam edir. Amma hər səbrin bir sonu olur axı...
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, hadisələrin gələcək inkişafı Rusiyann davranışlarından asılıdır:
“Moskva həmin ölkələrə təzyiq göstərməklə, oralarda hərbi baza yaratmaqla heç nəyə nail ola bilməz. Dünya artıq dəyişib. Rusiya hələ türk dövlətlərinə təzyiq edir, ərazi iddiaları irəli sürür. Qazaxıstanla münasibətlər bunun təsdiqidir. Amma dediyim kimi, indi dünya dəyişib. Ölkələr qarşılıqlı əməkdaşlıq axtarırlar. Moskva bunu başa düşməli və siyasətini korrektə etməlidir”.
F.Quliyevin fikincə, yeni formatın yaranması zərurətə çevrilib:
“Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “iki millət, bir dövlət” formatı artıq “beş millət, bir dövlət”lə əvəzlənib. Bəziləri hesab edirlər ki, türk dövlətlərinin birliyinin yaranması təhlükəlidir. Amma əsla belə deyil. Onlar sadəcə imkanlarını birləşdirmək, qarşılıqlı əməkdaşlıq etmək və lazım gələndə vahid təhlükəyə qarşı birgə mübarizə aparmaq istəyirlər.
Mən hələ 1998-c ildə yazdığım “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabımda transkontinental bir Turan bloku ideyasını ortaya qoymuşdum.
Avropa İttifaqı xristian dəyərlərinə və yunan fəlsəfəsinə söykənir. Türk dövlətlətləri Avropaya inteqrasiya etməkdənsə, türk-islam ənənəsinə söykənən el yarada bilər. Vətən müharibəsindən sonra yaranan şərait də yeni bir formatı diktə edir. Yəni türk birliyi tez-gec yaranacaq. Amma Rusiya indiki siyasətini davam etdirsə, tamamilə təcrid olunacaq. Biz qonşuluğun, əməkaşlığın tərəfdarıyıq.
Azərbaycan və Türkiyə dövlət başçılarının təklif etdikləri 6-lıq formatı bunu təsiqləyir. MDB, belə demək mümkünsə, ölü sistemdir. Transkontinental blokun yaranması isə zamanın tələbidir. Bu, ona daxil olacaq ölkələrin həm inkişafı, həm də müdafiə üçün əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm