Məqsədləri havadarlarını prosesə qoşmaq idi - Alınmadı
Yusif Nəzərli
07:24 18.11.2021
Siyasət
673
Ermənistanın növbəti təxribatı, Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı
“Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə, sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi”. Bunu siyasi-şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında deyib. Analitik qeyd edib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışmaları bu ölkənin nəinki sülhə hazır olmadığını, lazım gəldikdə hər an işğalçı siyasətini davam etdirəcəyini aydın şəkildə gözlər önünə sərir:
“Görünür, Ermənistan rəhbərliyində yanlış bir təəssürat formalaşıb ki, 44 günlük müharibə sonrası Azərbaycan arxayınlaşıb, ya da müharibənin bitdiyini düşünür. Elə məhz bu yanlış düşüncə genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumunu iflasa uğratdı. Ermənistan regiona digər qüvvələri gətimək istəyir! Ermənistanın son təxribatları və Azərbaycanın adekvat cavab tədbirləri sonrası prosesin alovlanması bir sualı yenidən aktuallaşdırdı.
Ermənistanın dövlət sərhədində gərginliyi artırmaqda məqsədi nədir? Aydın məsələdir ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və öz maraqları naminə regiona havadarı olan digər qüvvələri cəlb etmək istəyir. Təsadüfi deyil ki, Ermənistan Rusiyanı şantaj etməyə də cəhd göstərdi.
Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması bunu bir daha sübut edir.
Yəni Ermənistan bu addımı ilə bir daha regionda yaranan yeni reallıqla barışmaq istəmədiyini, həmin reallığı öz maraqları naminə formalaşdırmaq üçün alternativ gücləri prosesə cəlb etmək istədiyini bir daha açıq şəkildə bəyan etdi”.
Politoloqun sözlərinə görə, prinsip etibarilə rəsmi İrəvanın bu mövqeyi bizim üçün yad deyil: “Ermənistandan fərqli nəsə gözləmirdik də. Bu mənada deyə bilərəm ki, Ermənistanın bu və bu kimi cəhdlərinin heç bir effekti yoxdur. Rəsmi Bakı regionda Ermənistanı hamıdan yaxşı tanıyır və deyə bilərəm İrəvanın atdığı addımları öncədən təxmin edir.
Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. Yəni indiki halda rəsmi Bakının atacağı ən sərt addımlara görə belə heç bir beynəlxalq güc Azərbaycanı iddiham edə bilməz.
Qərbin mövqeyi balanslaşır. Mövcud gərginliklə bağlı artıq bir çox dünya dövləti və regionda marağı olan qüvvələr bəyanat verib.
Misal üçün, noyabrın 16-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bundan başqa ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər.
Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Yəni bu həm də ondan xəbər verir ki, regionda marağı olan əksər ölkələr gərginliyin artmasında maraqlı deyil. Yəni bu məsələdə həmin dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb.
Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir.
Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti təxribatı, Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm