“Məscidlərdə kök salmış agentura şəbəkəsi yox edilməlidir”
Yusif Nəzərli
15:31 07.04.2023
Siyasət
807
"İran casus şəbəkəsi barədə məlumatlar xüsusi xidmət orqanlarında təbii ki, çoxdan mövcud idi. Uzun müddət Azərbaycan hakimiyyəti, xüsusi xidmət orqanlarımız prosesləri nəzarətdə saxlasalar da, kəskin addımlar atmaq istəmirdilər".
Bunu "Sherg.az"a siyasi şərhçi Abutalıb Səmədov Azərbaycanda İranın casus şəbəkəsinin ifşasından danışarkən deyib. O vurğulayıb ki, İranla dostluq münasibətlərini qorumaq üçün əlimizdən gələni etdik:
"Amma bu cəhdlərimiz son nəticədə vəziyyətin dəyişməsinə gətirib, çıxarmadı. Əksinə rəsmi Tehran xeyli qabağa getdi. Azərbaycana qarşı daha kəskin bəyanatlar verməyə başladı. İrandakı səfirliyimizə hücum oldu. İran hüquq-mühafizə orqanlarının buna bilərəkdən şərait yaratdığını da açıq-aydın gördük.
Casus şəbəkəsinin fəaliyyətinin arası kəsilmədi. Cəzasızlıq şəraitinin davam edəcəyini düşünüb, çəkinmədən öz çirkin əməllərini daha çox din pərdəsi altında davam etdirdilər. İran parlamenti Azərbaycanın İsraildə diplomatik nümayəndəliyinin açılmasına etiraz etdi. Düşünmədi ki, bu etiraz bütün beynəlxalq normaları tapdalamaq, suveren bir dövlətin daxili işlərinə müdaxilə etmək deməkdir. Hesab edirəm ki, İran casus şəbəkəsinə qarşı kəskin addımların atılması tamamilə düzgündür. Yetərli olub-olmadığını isə kənardan müşahidə edən insanlar bilməz. Məlumatlar xüsusi xidmət orqanlarındadır".
A.Səmədovun qənaətincə, zəruri addımlar atılır:
"Məscidlər və digər dini obyektlərdə kök salmış agentura şəbəkəsi yox edilməlidir. Ümid edirəm ki, xüsusi xidmət orqanlarımız bu vəzifənin öhdəsindən uğurla gələcəklər. İranla bərabər digər dövlətlərin Azərbaycanda apardığı agentura fəaliyyəti diqqətdən qaçmamalıdır. Xüsusilə, Rusiyanın Azərbaycanda muzdlu əsgərlər toplamaq cəhdinin qarşısı təcili alınmalı bir hadisədir. Qətiyyən imkan vermək olmaz. Bu fəaliyyətlə məşğul olanlar aşkarlanmalı və cəzalandırılmalıdırlar. Çox təəssüf ki, İranla münasibətlərimiz gündən-günə pozulur.
Lakin günahkar Azərbaycan deyil. Müstəqillik əldə etdiyimiz ilk illərindən başlayaraq, münasibətlərimizi qorumaq üçün çalışırıq. Söhbət Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı dövrdən gedir. Çünki elə 1990-cı illərdən İranın öz agentura şəbəkəsini genişləndirməyə başladığı məlumdur. Əlimizdən gələni etdik ki, münasibətlərimiz dostluq səviyyəsində olsun, İran Ermənistana göstərilən yardımın nə qədər yanlış olduğunu anlasın, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəksin. Ancaq alınmadı. Nəticədə kəskin addımlar atmaq məcburiyyətində qaldıq. Agentura şəbəkəsi tamamilə sıradan çıxarılmalıdır".
Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir. Həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini, tanınmış ruhani Hacı Əli Behişti də saxlanılıb.
Hacı Əli Behişti möüzələrində hər zaman İranın molla rejimini təbliğ edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm