Millət vəkili: Təcavüzkar ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir"
09:41 11.10.2020
Siyasət
655
Humanitar atəşkəs Ermənistanın son şansıdır. İşğalçı ölkə vəziyyəti düzgün təhlil etməli və destruktiv fəaliyyətdən əl çəkməlidir. Azərbaycan hər zaman münaqişənin siyasi yolla həllinin tərəfdarı olub və bu vaxta qədər Ermənistanla aparılan sülh danışıqları işğalçı ölkə üçün ən böyük kompromis idi. Lakin Ermənistanın siyasi rəhbərliyi - istər Paşinyan hökuməti, istərsə də Paşinyana qədərki rəhbərlərin heç biri siyasi iradə ortaya qoya bilmədi. Nəticədə münaqişənin həlli istiqamətində pozitiv dinamika əldə etmək mümkün olmadı.
Bu sözləri millət vəkili Könül Nurullayeva bildirib. Deputat vurğulayıb ki, bu da münaqişə bölgəsində eskalasiyanı şərtləndirdi: "Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatı faktiki bölgədə və münaqişə ətrafında yeni mənzərənin yaranmasına səbəb olub. Cəmi 10 gün ərzində Azərbaycan ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi və artıq münaqişə bölgəsində təmas xətti anlayışı yoxdur. Ermənistan növbəti dəfə sülhə məcbur edilərək, yeni siyasi müstəvidə danışıqlar masasına oturacaq və təbii ki, hadisələrin gedişi Ermənistanın danışıqlar masasında özünü necə aparmasından asılı olacaq. Hərbi əməliyyatlar fonunda status-kvonun süni şəkildə uzadılmasının mümkün olmadığını Ermənistan da, bütün dünya ictimayiyyəti də gördü.
Azərbaycan silahlı qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Hərbi sahədə əldə edilən uğurlar diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir. Rəsmi Bakının mövqeyi dəyişməzdir – işğal altındakı ərazilər azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Danışıqlara gəlincə, artıq Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edib - danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında hazırlanmış sənədlər də konkret vaxt cədvəlinə əsaslanır. İndiki məqamda ATƏT-in Minsk Qrupunun həmsədrləri də səyləri artırmalı, vasitəçilər bu vaxta qədərki səhvlərini təkrarlamamalı, işğalçı ilə təzyiq dilində danışmalı, təcavüzkar ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya