Azərbaycan tərəfi Qarabağ müharibəsinin bitdiyini bəyan edib, bu qurumun fiaskoya uğradığını və ona ehtiyacın qalmadığını bildirdi. Bunun üçün kifayət qədər siyasi əsaslar var idi. Bu mənada ki, 44 günlük müharibə ərəfəsində həmsdər ölkələrin – Fransa, Rusiya və ABŞ- hər birinin Ermənipərəst mövqe sərgiləməsi eynəksiz də görünürdü.
Minsk qrupu Qarabağa qayıdır ? – Deputat: “İstəkləri müzakirə oluna bilər”
12:46 15.01.2021
Siyasət
615
44 günlük “Vətən” müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. ATƏT-in Minsk qrupu, demək olar ki, 30 ildir ki, Qarabağ münaqişəsini demək olar ki, dondurmuşdu. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeyri-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnaməyə baxmayaraq, aidiyyəti qurumlar qəti mövqe sərgiləmirdi. Nəhayət, müzəffər Azərbaycan ordusu ərazilərimiz işğaldan azad edərək həm ölkəmizin ərazi bütövlüyünü, həm də beynəlxıaq hüququ təmin etdi. Məhz bundan sonra onsuzda rəsmi Bakı və eləcə də Azərbaycan xalqının etimadını itirmiş ATƏT – in Minsk qrupunun fəaliyyətinin gərəksizliyi gündəmə gəldi.
Azərbaycan tərəfi Qarabağ müharibəsinin bitdiyini bəyan edib, bu qurumun fiaskoya uğradığını və ona ehtiyacın qalmadığını bildirdi. Bunun üçün kifayət qədər siyasi əsaslar var idi. Bu mənada ki, 44 günlük müharibə ərəfəsində həmsdər ölkələrin – Fransa, Rusiya və ABŞ- hər birinin Ermənipərəst mövqe sərgiləməsi eynəksiz də görünürdü.
Onların işğalçı ölkəyə hərbi, siyasi, iqtisadi və humanitar dəstəyi ortada idi. Rusiya, Fransa prezidentləri, eyni zamanda ABŞ rəsmilərinin buna dair açıq bəyanatları var.
Heç kimə sirr deyil ki, münaqişənin həlli ilə bağlı görəvlənən bir təşkilatın tərəf tutması, məxsusi olaraq beynəlxlaq hüququ pozaraq işğalçıya yardım əli uzatması onun mövcudluğunu şübhə altına alırdı və aldı da. Azərbaycan Prezidenti həmsədrlərlə görüşdə onlara lazımi ismarıclarını verdi. Bir sözlə, bundan sonra heç kimə və heç nəyə lazım olmadıqlarını anlatdı.
Amma yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündən sonra müəyyən siyasi dairə və kuluarlarda Qarabağda həmsədrlərin fəaliyyətinin bərpasına dair iddialar dolaşmağa başladı.
Biz də “Sherg.az” olaraq bu iddiaların real olub-olmamasını aydınlaşdırmaq məqsədilə millət vəkili Asim Mollazadə ilə əlaqə saxladıq. Parlamentari bildirdi ki, Minsk qrupu bu məsələyə qatılarsa, Ermənistanı tərk-silah edib, revanş fikrindən daşındıra bilər:
“ATƏT-in Minsk qrupunun bütün funksiyaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən icra olunub. Ən azından onlar Ermənistana başa salmalıdır ki, bu ölkə beynəlxalq hüquq normaları ilə hesablaşmalıdır.
Ermənilər bilməlidir ki, Azərbaycan ərazisinə icazəsiz daxil ola bilməzlər. Gələcək prespektivdə Minsk qrupunun həmsədrlərinin nə isə etmək istəkləri müzakirə oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya