Minsk qrupu, yoxsa “xristian klubu” ? – AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
12:25 08.07.2020
Siyasət
898
“Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi Minsk qrupuna olan ümidləri də heçə endirir”
“Həmsədrlər yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanıyacaq”
“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan isə qeyri-konstruktiv yanaşmasından hələ də əl çəkə bilmir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Parlament üzvü bildirib ki, Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir:
“Münaqişə yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın mövqeyini dəstəkləyib.
Söz yox ki, bəzi beynəlxalq qurumlar hələ də bu məsələdə ikili standartlardan əl çəkmək istəmirlər.
Lakin Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Cənab Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edir”.
İyulun 6-da Prezident İlham Əliyev Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edib. Ölkə başçısı açılış zamanı ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımi addımların atılmadığını və problemin indiyə kimi həll olunmamasını diqqətə çatdırıb. Cənab Prezidentin sözlərinə istinad olaraq təəssüflə qeyd etmək istəyirəm ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib”.
Millət vəkili vurğulayıb ki, ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb. Bu dövlətlər təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində də olmayıblar:
“Münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Görünür ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir.
Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Deyəsən bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür”.
A.Məmmədov bildirib ki, istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanıyacaq:
“Buna görə də Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməli, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat