Moldova Baş prokuroru Azərbaycanda səfərdə olub
17:25 29.07.2023
Siyasət
467
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq səfər çərçivəsində moldovalı qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyadıb.
Bundan başqa, nümayəndə heyəti İçərişəhəri ziyarət edib. Qonaqlar "İçərişəhər" Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə yaxından tanış olmuşlar. Qonağa bu tarixi məkanlar haqqında geniş məlumat verilib xatirə şəkilləri çəkilib.
Səfər çərçivəsində nümayəndə heyəti Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov və Ədliyyə naziri Fikrət Məmmədovla görüşlər keçiriblər.
Tədbirlərdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko iştirak ediblər.
Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun ölkəmizə işgüzar səfəri başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media