
Molla rejimi yalandan özünə düşmən obrazı yaradır
Yusif Nəzərli
22:24 03.11.2022
Siyasət
470
İranın təhdidləri ancaq daxildəki iğtişaşları unutdurmaq, diqqəti yayındırmaq üçündür
İran hakimiyyəti Qum şəhərində şiə müsəlmanları üçün müqəddəs sayılan Cəmqəran məscidinin günbəzi üzərində qırmızı bayraq qaldırıb.
İran mediasına istinadən bildirilən məlumata görə, bu, İranda müharibə elan etmək anlamına gəlir və qisas almaq üçün xəbərdarlıq əlaməti hesab olunur. Qeyd edək ki, qırmızı bayraq ilk dəfə Qasim Süleymaninin ölümündən sonra ABŞ-ın İrana qarşı “müharibə elanına cavab” olaraq qaldırılmışdı.
İranın "FarsNews" dövlət agentliyinin məlumatına görə, qırmızı bayraq Səudiyyə Ərəbistanının İranın ehtimal edilən hücumundan narahatlıq keçirməsinə cavab olaraq qaldırılıb.

Politoloq Tural İrfan isə “Şərq”ə açıqlamasında deyib ki, İran hakimiyyəti başını itirib. Demək olar ki, bütün dünyanı özlərinə düşmən ediblər. Daha doğrusu, bütün dünyaya qarşı düşmənçilik siyasəti yürüdürlər:
“Əvvəla, o bayrağın qaldırılması formal xarakter daşıyır və islamda belə bir qayda yoxdur. İran uzun illərdir, guya, İsrailə və ABŞ-a düşməndir, ancaq biz bunu real olaraq görmürük. Bu, sadəcə xalqı təsir altında saxlamaq üçün İran rejiminin xarici düşmən obrazı yaratmasıdır.
Məsələn, bu gün Azərbaycana qarşı irəli sürdüyü təhdid mesajlarında ölkəmizi İsraillə əlaqələrə görə şantaj edir. Guya, İsrail İranla sərhəddə baza quracaq. İranın təhdidləri ancaq daxildəki iğtişaşları unutdurmaq, diqqəti yayındırmaq üçündür. İran həmişə özünə xarici düşmən obrazı uydurur və formal olaraq ona qarşı sözdə hədə gəlir.
Ancaq onlar indiyəcən yalnız müsəlman ölkələrinə ziyan vurublar. Məlum bayrağın qaldırılması da Səudiyyə Ərəbistanına qarşı guya savaş açacaqları ilə bağlıdır. Azərbaycana qarşı əsla o fikrə düşə bilməzlər.
Çünki bu olarsa İran adlı dövlət yer üzündən silinəcək. Qardaş Türkiyənin qulağının dibində İsrail və Pakistan ilə müttəfiq olan Azərbaycana qarşı güllə atmaq bu gün iğtişaşlar içində çırpınan İran üçün deyil. İran daxilində baş verən üsyanlar artıq ciddi hal alır.
Xalqın etirazını guya xarici dövlətlər tərəfindən körükləndiyi görüntüsü yaradır. Ermənistanla əlaqələrin sıxlaşması, Paşinyanın Quran ayələri ilə qarşılanması, İran Prezidentinin Paşinyana "Hacı Ağa" deyə müraciət etməsi suda boğulanın saman çöpündən yapışması anlamı daşıyır.
Ümumiyyətlə deyə bilərəm ki, İranın gizli dayaqları olan Fransa kimi Qərb dövlətləri olmasa rejim bir gün də qala bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya