“Moskva bölgədə “at oynada” bilməyəcək” – “İrəvan kartı” özünə sıxılır
Banuçiçək Kalbalıyeva
10:07 21.06.2021
Siyasət
628
“Hər fürsətdə İrəvanı qabağa verib, meydanı qarışdırmağı bacarmayacaq”
“İrəvan “forpostluq”dan xilas olub Avropaya yaxınlaşacaq və Qərb Ermənistanı “göydə tutacaq”
“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.
Bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.
O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib. Sözügedən partiya 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 % səs yığıb. Əlbəttə, Paşinyanın qalib gəlməsi region üçün əhəmiyyətlidir. Çünki Azərbvaycan kimi, qonşu dövlətlər də yaxşı bilir ki, bölgədə sülh və əmin-amanlığın təmin olunmasından ötrü Ermənistanda ən real namizəd məhz həmin siyasətçidir.
“Sherg.az”ın Ermənistanın bundan sonrakı siyasəti barədə suallarını politoloq Qabil Hüseynli cavablandırdı:
- Seçkilərin nəticəsini necə qiymətləndirirsiniz?
- Köçəryan qalib gəlsəydi, region “çalxalanacaqdı”. Nə yaxşı ki, Paşinyanın səsi daha çox oldu. Bundan sonra Azərbaycanla yekun sülh müqaviləsinin imzlanması istiqamətində problemlər yaranmayacaq. Proseslər nəzarət altında olsa, demarkasiya, kommunikasayaların açılması prosesi sürətlənəcək və region iqtisadi inkişaf yoluna qədəm qoyacaq.
- Nəyə əsasəb belə proqnozaşdırırsınız?
- Çünki Paşinyan Rusiyanın təsirlərindən kənar fəaliyyət göstərməyi bacarır. O, həmçinin Azərbaycan və Türkiyə ilə normal münasibətlərdə, ölkəsini blokadadan çıxarmaqda və dolayısı ilə kompromislərə getməkdə maraqlıdır.
- Bundan sonra “Qarabağ klanı”nın taleyi necə olacaq?
- Onlara qarşı mübarizə güclənəcək. Hətta əli qana batmış, cinayət məsuliyyətinə cəlb olunmuş Köçəryanla Sarkisyanın ədalət məhkəməsi qarşısına çıxarılacağını istisna etmirəm.
- Rusiyanın regionla bağlı siyasətində nələr dəyişəcək?
- Moskva bölgədə istədiyi kimi “at oynada” bilməyəcək. Hər fürsətdə İrəvanı qabağa verib, meydanı qarışdırmağı bacarmayacaq. İrəvan “forpostluq”dan xilas olub Avropaya yaxınlaşacaq və Qərb Ermənistanı “göydə tutacaq”.
- Bəs İran?
- İran bölgə siyasətində konstruktiv rol oynaya bilmir. Çünki riyakar siyasət yeridir. Ona görə də bölgədə “aparıcı oyunçu” olmur. Amma region ölkələrinin, o cümlədən Rusiyanın, Türkiyənin, Gürcüstanın aktivləşməsi fonunda Tehranın da fəallaşması istisna deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə