Teleqramlarda bildirirdilər ki, bu belə deyil".
Müharibə bitəndən sonra işlərimiz çoxdur
07:25 22.10.2020
Siyasət
748
Çünki bu proseslərdən sonra ermənilərlə ideoloji qarşıdurma daha sərt forma alacaq
"Rusiyada bizim kifayət qədər imkanlarımız, dostlarımız var, onlardan yararlanmalıyıq"
"1970-ci illərdə Sovet İttifaqı dövründə Rusiyada xalq arasında çox populyar "Aqanyok" jurnalı var idi. Dərgi Moskvada nəşr olunurdu. Orda gedən bütün aktual mövzuların hamısı dövlətin daxili, siyasəti və ölkədən kənardakı prioritetlərlə bağlı idi. O zamanlarda artıq erməni ideologiyasına qulluq edən ünsürlər "Aqanyok" jurnalında Qarabağı Ermənistanın beşiyi adlandırırdılar. Düzdür, onunla bağlı bizim yazıçılarımız, ictimai fikrin liderləri Moskvaya dəfələrlə məktublar, müraciətlər, teleqramlar göndərirdilər.
Teleqramlarda bildirirdilər ki, bu belə deyil".
Bu sözləri "Şərq"ə açıqlamasında tanınmış jurnalist Tofiq Abbasov deyib. O bildirib ki, ermənilərin hər zaman hər şeyi zəif olub:
"Onların yalnız təbliğat maşını həmişə güclü olub. Ona görə də, təsadüfi deyil ki, 1965-ci ildə onlar Uruqvay kimi ölkədə artıq ilk dəfə olaraq parlament səviyyəsində qondarma soyqırımı tanıtdırdılar. Sonra yavaş-yavaş bu proses gücləndi. Diqqət yetirsək görərik ki, dünya çapında onların əsas xərclədikləri maliyyə resursları ancaq ictimai fikri öz tərəflərinə döndərməkdən ibarətdir. Həmin erməni istehkamlarından əsaslarından biri də əvvəllər Sovet, sonra da Rusiya Federasiyasında qurulub.
Bu gün ermənilərin orada media sahəsində nə qədər aparıcı simaları var. Qabriyanovlar, Aqayanlar, Vardanyanlar və sair kimi. Baxın, onlar ömrü boyu yalan və palanla Azərbaycana qarşı haqsızlıq edib, özlərini düzə çıxardırdılar. Bunlar guya məzlum xalqdılar və Azərbaycan onlara qarşı barbarlıq edir. Əslində isə hər zaman hər şey əksinə idi".
Ekspert bildirib ki, indi bizim ən böyük təminatımızı formalaşdıran Milli Ordumuzun qələbəsidir:
"Çünki əsas diqqətdə olan məqamlarla fikrimizi yayındırıb xırda-para şeylərə çevirsək, onda əsas proseslər nəzərdən qaça bilər. Təbii ki, Prezident İlham Əliyevin özünün media ilə yaxından təmasda olması və tanınmış, əsas medialara müsahibələr verməsi artıq ermənilərin təbliğat sahəsindəki istehkamlarını da darmadağın edir və bu proses də davam etməkdədir. Qələbəmiz artıq əldə olunandan sonra bu əsas məsələlərdən olacaq. Bilirsiniz ki, müharibə qurtaracaq.
Amma media sahəsində, ideologiya sahəsindəki qarşıdurma illərlə davam edəcək. Həm də daha sərt formalar alacaq. Ona görə də, biz ilk növbədə Azərbaycan daxilində bu prosesi düzgün qurmalıyıq. Azərbaycan mediasının inamını özümüzə özümüz gətirməliyik. Sonra isə bu döyüşü özgə kənar meydanlara çıxarmalıyıq. Rusiyada bizim kifayət qədər imkanlarımız var.
Təbii ki, dostlarımız da çoxdur. Ən azı Mixayil Qusmanı götürsək görürüsünüz ki, o nə dərəcədə həm Azərbaycan həqiqətlərini müdafiə edir, həm də onların cığırlarını bildirir, magistral formasına salır.
Həmçinin onalarla səviyyəli şəkildə erməni təşkilatında olan nümayəndələrlə debat aparmaq gücümüz, qüvvəmiz də mövcuddur. Sadəcə bunu inşallah, qələbəmizdən sonra daha geniş formada həll edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm