İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu, YENİ Partiyanın yaradılması münasibətilə partiyanın sədri Özgür Özəli təbrik edib və ona uğurlar arzulayıb.
Sherg.az xəbər verir ki, Dərvişoğlu sosial media hesabında paylaşdığı mesajda Türkiyənin siyasi həyatının mühüm hüquqi müzakirələrdən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirib.
O qeyd edib ki, demokratik legitimlik, xalqın iradəsi və hüquqi dövlət prinsiplərinin əsas götürülməsi Türkiyənin ümumi maraqlarına xidmət edir. Dərvişoğlu YENİ Partiyanın ölkənin demokratik həyatına müsbət töhfə verəcəyinə ümid etdiyini vurğulayaraq, Özgür Özələ və onun komandasına fəaliyyətlərində uğurlar arzulayıb.