“İstənilən ölkənin Şimali Atlantika müqaviləsinin 10-cu bəndinə əsasən öz təhlükəsizliyini təmin etmək məqsədilə NATO-ya üzv olmaq hüququ var. Bu təşkilata üzv olmaq istəyən dövlətlər müəyyən edilmiş hərbi və siyasi öhdəlikləri yerinə yetirdikdən sonra quruma qəbul olunurlar. Proseslər göstərir ki, bu il üçün NATO-ya üzv olmağa hazır olan 4 dövlət var. Bunlar Makedoniya, Bosniya-Hersoqovina, Ukrayna və Gürcüstandır. NATO mövcud olduğu zamandan bu günə qədər əsasən 7 etaplı genişlənmə həyata keçirib. Burada əsas məqsəd İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən işğal edilmiş Şərqi Avropa ölkələrinin Birliyə daxil olması idisə, növbəti genişlənmədə keçmiş sovet respublikaları diqqət mərkəzindədir”.Siyasi şərhçinin sözlərinə görə, Moldova, Ukrayna və Gürcüstan NATO-ya daxil olmağa iddialıdır və bu istiqamətdə davamlı işlər görürlər: “Proseslərin sürətlənməsi üçün əsas faktor təbii ki, bu ölkələrin ərazi bütövlüyünə Rusiya tərəfindən edilən müdaxilədir. Rusiyanın bu genişlənmədən ciddi narahatlıq keçirməsi təbii haldır. Keçmiş sovet respublikalarının Moskvanın təsir dairəsindən qopmaq niyyətləri də başadüşüləndir. Məsələ ondadır ki, Kreml nəzarət etdiyi əraziləri daha da genişləndirmək siyasətini davam etdirir. Rusiyadakı indiki hakimiyyət öz planlarından əl çəkməyəcək. NATO-da öz növbəsində addım-addım genişlənməni davam etdirəcək. Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyil. Hazırda Azərbaycan Şərq Tərəfdaşlığı Təşkilatında öz fəaliyyətini davam etdirir və Avropa ailəsinin tam hüquqlu üzvü olmaq niyyətini də gizlətmir”.
NATO addım-addım yaxınlaşır
Turan
08:35 06.07.2019
Siyasət
1387
Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyilKTMT-nin sədri vəzifələrini icra edən Valeri Semerikov bildirib ki, NATO-nun Şərqi Avropada, Rusiya və Belarus yaxınlığında hərbi əməliyyatların sayını artırması qurumu ciddi narahat edir. Onun sözlərinə görə, Gürcüstan ərazisində baş verənlər, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmaması Qafqaz istiqamətində gərginliyi artırır. Semerikov vurğulayıb ki, bu ilin mayında Bişkekdə təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası zamanı mövcud təhdid və çağırışların neytrallaşdırılması istiqamətində qərarlar qəbul olunub. Məlum olduğu kimi, KTMT rəhbərliyi bir neçə dəfə NATO-nun Şərqə doğru irəliləməsini region üçün ciddi təhdid saydıqlarını dilə gətirib. Amma Semerikov xüsusi olaraq vurğulayır ki, hərbi alyansın Şərqə və Qafqaza doğru irəliləməsi Gürcüstanda baş verənlər və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlıdır. Belə çıxır ki, regiondakı problemlər çözülərsə, Rusiya da NATO təhlükəsindən müəyyən mənada xilas olmuş olacaq. Müvəqqəti sədrin açıqlamalarını “Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev düşünür ki, Semerikovun narahatlığının əsasları var:
“İstənilən ölkənin Şimali Atlantika müqaviləsinin 10-cu bəndinə əsasən öz təhlükəsizliyini təmin etmək məqsədilə NATO-ya üzv olmaq hüququ var. Bu təşkilata üzv olmaq istəyən dövlətlər müəyyən edilmiş hərbi və siyasi öhdəlikləri yerinə yetirdikdən sonra quruma qəbul olunurlar. Proseslər göstərir ki, bu il üçün NATO-ya üzv olmağa hazır olan 4 dövlət var. Bunlar Makedoniya, Bosniya-Hersoqovina, Ukrayna və Gürcüstandır. NATO mövcud olduğu zamandan bu günə qədər əsasən 7 etaplı genişlənmə həyata keçirib. Burada əsas məqsəd İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən işğal edilmiş Şərqi Avropa ölkələrinin Birliyə daxil olması idisə, növbəti genişlənmədə keçmiş sovet respublikaları diqqət mərkəzindədir”.Siyasi şərhçinin sözlərinə görə, Moldova, Ukrayna və Gürcüstan NATO-ya daxil olmağa iddialıdır və bu istiqamətdə davamlı işlər görürlər: “Proseslərin sürətlənməsi üçün əsas faktor təbii ki, bu ölkələrin ərazi bütövlüyünə Rusiya tərəfindən edilən müdaxilədir. Rusiyanın bu genişlənmədən ciddi narahatlıq keçirməsi təbii haldır. Keçmiş sovet respublikalarının Moskvanın təsir dairəsindən qopmaq niyyətləri də başadüşüləndir. Məsələ ondadır ki, Kreml nəzarət etdiyi əraziləri daha da genişləndirmək siyasətini davam etdirir. Rusiyadakı indiki hakimiyyət öz planlarından əl çəkməyəcək. NATO-da öz növbəsində addım-addım genişlənməni davam etdirəcək. Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyil. Hazırda Azərbaycan Şərq Tərəfdaşlığı Təşkilatında öz fəaliyyətini davam etdirir və Avropa ailəsinin tam hüquqlu üzvü olmaq niyyətini də gizlətmir”.
“İstənilən ölkənin Şimali Atlantika müqaviləsinin 10-cu bəndinə əsasən öz təhlükəsizliyini təmin etmək məqsədilə NATO-ya üzv olmaq hüququ var. Bu təşkilata üzv olmaq istəyən dövlətlər müəyyən edilmiş hərbi və siyasi öhdəlikləri yerinə yetirdikdən sonra quruma qəbul olunurlar. Proseslər göstərir ki, bu il üçün NATO-ya üzv olmağa hazır olan 4 dövlət var. Bunlar Makedoniya, Bosniya-Hersoqovina, Ukrayna və Gürcüstandır. NATO mövcud olduğu zamandan bu günə qədər əsasən 7 etaplı genişlənmə həyata keçirib. Burada əsas məqsəd İkinci Dünya müharibəsi zamanı sovetlər tərəfindən işğal edilmiş Şərqi Avropa ölkələrinin Birliyə daxil olması idisə, növbəti genişlənmədə keçmiş sovet respublikaları diqqət mərkəzindədir”.Siyasi şərhçinin sözlərinə görə, Moldova, Ukrayna və Gürcüstan NATO-ya daxil olmağa iddialıdır və bu istiqamətdə davamlı işlər görürlər: “Proseslərin sürətlənməsi üçün əsas faktor təbii ki, bu ölkələrin ərazi bütövlüyünə Rusiya tərəfindən edilən müdaxilədir. Rusiyanın bu genişlənmədən ciddi narahatlıq keçirməsi təbii haldır. Keçmiş sovet respublikalarının Moskvanın təsir dairəsindən qopmaq niyyətləri də başadüşüləndir. Məsələ ondadır ki, Kreml nəzarət etdiyi əraziləri daha da genişləndirmək siyasətini davam etdirir. Rusiyadakı indiki hakimiyyət öz planlarından əl çəkməyəcək. NATO-da öz növbəsində addım-addım genişlənməni davam etdirəcək. Əgər Dağlıq Qarabağ münaqişəsi çözülməsə, Azərbaycanın da seçim haqqı istisna deyil. Hazırda Azərbaycan Şərq Tərəfdaşlığı Təşkilatında öz fəaliyyətini davam etdirir və Avropa ailəsinin tam hüquqlu üzvü olmaq niyyətini də gizlətmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual