
NATO-nun Azərbaycan MARAĞI: Qafqazda iştirakını gücləndirir
14:18 06.07.2023
Siyasət
684
2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə “Ekspert heyətinin işçi görüşü” keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.
İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb.Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.
Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.
Azərbaycanın NATO ilə əlaqələrinin 1994-ci ildə sülh naminə tərəfdaşlıq çərçivəsi platforması üzərində başlandığını qeyd edən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a deyib ki, bu tərəfdaşlıq bu günə qədər də uğurla davam etdirilir:

"Azərbaycanın 1997-ci ildə NATO-nun qərərgahı yerləşən Brüsseldə nümayəndəliyinin yaradılması, ikili kordinasıyaların zirvəyə çatması ilə nəticələndi. Keçən dövr ərzində Şimali Atlantika alyansına daxil olan güclərin keçirdiyi əməliyyatlarda Azərbaycanın xüsusi rolu olub. Hətta bizim sülhməramlıların NATO-nun Kosova, İraq və Əfqanıstandakı fəaliyyətini dəstəkləməkdə böyük təcrübəmiz var. Həmçinin Azərbaycan Silahlı Qüvvələri NATO-nun bir çox hərbi təlimlərində həm müşahidəçi, həm də iştirakçı olaraq yer alıb. Digər tərəfdən alyansa daxil olan ölkələrin hərbi təlim mərkəzlərində Silahlı Qüvvələrimizin xüsusi təyinatlı və digər qurumlarının hərbçiləri kifayət qədər təcrübə mübadiləsi aparıb. Şuşa bəyannaməsindən sonra Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırılır. Artıq NATO-nun strukturlarına keçdiyimizi də söyləyə bilərik. Hərbi təlim sistemimiz də 100 faiz NATO doktrininə keçmiş vəziyyətdədir. Yəni alyansa daxil olan ölkələrdə hansı ədəbiyyatdan istifadə edilirsə, bizim hərbçilərimiz də onu Azərbaycan dilində oxuyurlar".
Ekspert əlavə edib ki, gələcəkdə Azərbaycan Silahlı Qüvvələri NATO-ya daxil olan ölkələrin ordusunun birəbir eynisi olacaq:
"Fərq yalnız silahlanmada ola bilər. Çünki Sovet dövründən gələn texniki avadanlıqların tamamını qısa müddətdə dəyişmək mümkün deyil. Təzəlikcə alyansın Birgə Qüvvələr Komandanlığının qərərgah rəisinin müavini general-mayor Stefan Fiksin Azərbaycandakı brifinqlərdə və təlimlərdə iştirak etdi. Bu, NATO-nun ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduğunun göstəricisidir. Hətta sülhməramlılarımızın NATO-nun mümkün ola biləcək gələcək əməliyyatlarında iştirakı da gözləniləndir. Ümumiyyətlə, Müdafiə Nazirliyinin bütün strukturlarında artıq NATO doktrininə keçid tamamlanmaq üzrədir. Sonrakı dövrdə də münasibətlər dərinləşəcək. Çünki qlobal təhlükəsizlik çağırışları və yeni müharibə ocaqları yaranıb. Rusiya və Ukrayna müharibəsində dünya ölkələri iki qütbə ayrılıb. Özünü müdafiə etmək istəyən hər bir ölkə isə modern orduya sahib olmalıdır. Görünür ən müasir Silahlı Qüvvələr NATO yolunda irəliləyənlərdir. Azərbaycan ordusu da bu yöndə yolunu davam etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm