
Oskanyan xəyalpərəstdir: Keçmiş xarici işlər naziri əlindən gələni edir ki...
09:05 06.07.2023
Siyasət
513
Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Suriya ermənisi Vardan Oskanyan Baş nazir Nikol Paşinyanın müharibənin labüd olduğu barədə iddiasına qarşı çıxıb. Oskanyan deyib ki, müharibənin qarşısını almaq olardı, ancaq N.Paşinyan öz səhvləri ilə müharibəyə səbəb oldu.
O əlavə edib ki, Qərb Qarabağ məsələsinin həllinin tərəfdarıdır: “Əmin olun ki, Qərb üçün problemin necə həll olunmasının heç bir fərqi yoxdur. İndi Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün Qərb onu aktiv şəkildə dəstəkləyir”. Oskanyan iddiasını da ortaya qoyub və bildirib ki, bütün xarici siyasət kursu ona tapşırılsa və Nikol Paşinyan sussa, danışmasa, 3 aya Qarabağla bağlı vəziyyəti köklü surətdə dəyişə bilər: "Ancaq Nikol heç bir halda danışmamalıdır, çünki o danışanda, aləmi bir-birinə qatır".
Ekspertlərə görə, Oskanyanın indi “cəmi 3 aya köklü dəyişikliklər” iddiası yalandan başqa bir şey deyil. Əgər Oskanyan, yaxud rəsmi İrəvan yeni reallıqları dəyişməyə cəhd edərsə, Azərbaycan Ordusuna zəruri addımları atmaqda tərəddüd etməyəcək.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Ermənistanda suyu bulandıranlardan biri də 1998-2008-ci illər arasında ölkəsinin xarici işlər naziri olmuş Vardan Oskanyandır. Analitik diqqətə çatdırıb ki, Oskanyan əlindən gələni edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasın və iki ölkə arasında sülh sazişi imzalamasın:

"Oskanyan radikal müxalifətə qoşulmur, hökumət əleyhinə mitinq və yürüşlərə qatılmır. O, evindən məqalələr yayımlamaqla, açıqlama və müsahibələr verməklə Baş nazir Nikol Paşinyana qarşı mübarizə aparmağa üstünlük verir. Vardan Oskanyan yeni təkliflə çıxış edib. O, hökumətə “Dağlıq Qarabağ” üzrə müzakirəçi heyət yaratmağı məsləhət bilib. Oskanyanın fikrincə, belə bir qrup danışıqlarda cəmi 2-3 ay ərzində uğur qazana bilər. Oskanyan bu “qrupa” rəhbərlik edə biləcəyini deyib. Ancaq Oskanyan bunun üçün Baş nazir Nikol Paşinyandan geniş səlahiyyət istəyib. Oskanyan xəyalpərəstdir. Birincisi, baş naziri daima satqınlıqda ittiham edən keçmiş diplomata Nikol Paşinyan niyə danışıqlar aparmaq üçün xüsusi səlahiyyət verməlidir? İkincisi, Oskanyana kim deyib ki, rəsmi Bakı “Dağlıq Qarabağla” bağlı İrəvanla danışıqlar aparmağa hazırdır? Üçüncüsü, Oskanyan mifik qrupun “danışıqlarda” uğur qazanacağının təminatını nəyə əsasən müəyyənləşdirib? İndi aydın olur ki, Vardan Oskanyanın nazir olduğu 10 ildə iki ölkə arasında danışıqlarda niyə irəliləyiş olmayıb. Görünür, Vardan Oskanyan həmin dövrdə də xəyalpərəst təkliflər irəli sürürdü".
Ekspertin sözlərinə görə, Oskanyan tək Nikol Paşinyanı hədəf almayıb, onun yeni hədəfi Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri xanım Kristina Kvin olub: "Kristina Kvin Ermənistan İctimai Televiziyasına verdiyi son müsahibədə deyib ki, o, Qarabağ ermənilərinin Azərbaycan tərkibində təhlükəsiz yaşayacaqlarına inanır. Səfirin bu açıqlaması Oskanyanı özündən çıxarıb. “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” deyən Oskanyan bunu “əsaslandırmağa” çalışıb. Birisi Vardan Oskanyana izah etməlidir ki, onun “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” açıqlaması yeni müharibə deməkdir və yeni müharibənin qalibi yenə eyni ölkə olacaq, ermənilər isə yeni itkilərlə üzləşməli olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm