Özəl icra məmurları süründürməçiliyə son qoya biləcəkmi?
11:00 05.09.2020
Siyasət
710
Əliməmməd Nuriyev: "Özəl icra məmurları layihəsini dərhal tətbiq etmək olmaz"
Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərəcək. Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib. O bildirib ki, bir çox ölkələrin qanunvericiliklərində bu məsələ geniş öyrənilib: “Cənab nazirin müvafiq tapşırığı ilə bu istiqamətdə xüsusi işçi qrupu yaradılıb. Normativlərin, layihələrin hazırlanması davam edir. Demək olar ki, artıq razılaşdırma mərhələsindədir”.
Eyni zamanda yaradılan işçi qrupunun da üzvü olan F.Əfəndiyev özəl icra ilə dövlət icra məmurları arasında iş bölgüsünün də olacağını qeyd edib: “Qanunda nəzərdə tutulub ki, müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Özəl icra məmurlarının fəaliyyətinə baxan palata olacaq. Onların sosial təminatı, tələbləri nəzərə alınacaq”.
Sözügedən təşəbbüs barədə “Sherg.az”a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda qərarların icrası ilə bağlı müəyyən problemlər var. Onun sözlərinə görə, ölkəmizdə özəl icra məmurlarının fəaliyyəti ilə bağlı artıq layihələr hazırlanıb:
"Özəl icra yaradılmamışdan qabaq konkret standartlar olmalıdır. Onlara ciddi nəzarət edilməli, standartlara uyğun proqramlar hazırlanmalıdır. Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərir. Düşünürəm ki, onların fəaliyyəti qərarların icrasında şəffaflıq yaradacaq. Bildiyimiz kimi, əvvəllər məhkəmə qərarlarının icrası zamanı zorakılıq, hədə-qorxu gəlmək kimi qanunsuz hərəkətlərə yol verilirdi.
Buna görə də, bu məsələyə diqqətlə, o cümlədən çox həssas yanaşmaq lazımdır. İlk növbədə özəl icra məmurlarına ciddi təlimlər keçirilməlidir ki, heç bir qanunsuzluqlara yol verməsinlər. Düşünürəm ki, bu layihə dərhal tətbiq edilməməlidir.
Əvvəlcə, bir neçə şəhərlərdə, xüsusilə də Bakı və Sumqayıtda pilot layihə olaraq həyata keçirilə bilər. Burda əldə olunan nəticələr barəsində ciddi araşdırmalar aparılmalıdır. Həmin təcrübələr müsbət nəticə verərsə, onun əsasında layihənin icrasını bütün ölkə üzrə tətbiq etmək olar. Hesab edirəm ki, onun tətbiqi, ərazisi, miqyası ilə bağlı məlumat əldə olunmalıdır. Təcrübələr əldə olunmasa, o zaman ölkə miqyasında pozitiv nəticə əldə etmək olmayacaq".
Xidmət haqqı məsələsinə gəlincə, ekspert hesab edir ki, qiymətlər tərəflər arasında müəyyənləşdirilə bilər:
"Onlara xidmətlərinə görə müəyyən bonuslar verilə bilər. Həmçinin qarşı tərəfin razılığı əsasında müəyyən faizlər tutula bilər. Hər halda hesab edirəm ki, bu qanunların icrası üçün geniş diskusiyalar aparılmalıdır. İlk növbədə bunun ictimaiyyətlə, o cümlədən hüquqi şəxslərlə geniş müzakirəsinə ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya