Partiya lideri BBC-dən 100 min avro təzminat alacaq

İrlandiyanın Sinn Fein partiyasının sabiq lideri Qerri Adams Böyük Britaniya agenti Denis Donaldsonun qətli ilə bağlı yayımlanan materiala görə BBC-dən 84 min funt sterlinq (təxminən 180 min manat) təzminat alacaq.

Teleqraf xəbər verir ki, Dublin məhkəməsi 2016-cı ildə “BBC Northern Ireland” kanalında yayımlanan “Spotlight” proqramı və ona əlavə olunan onlayn məqalənin Qerri Adamsın reputasiyasına xələl gətirdiyinə qərar verib. Həmin materialda anonim mənbə onun 2006-cı ildə Denis Donaldsonun qətlinə icazə verdiyini iddia etmişdi.

76 yaşlı Adams bu ittihamları rədd edərək məhkəməyə müraciət edib.

11 nəfərlik hakim heyəti 6 saat 49 dəqiqəlik müşavirədən sonra BBC-nin bu məlumatları xoş niyyətlə təqdim etmədiyi qənaətinə gəlib və media holdinqinin 84 min funt sterlinq təzminat ödəməsinə qərar verib.

Qeyd edək ki, Denis Donaldson 2005-ci ilin dekabrında Britaniya kəşfiyyatına işləyən ikiqat agent olub. O, 2006-cı ildə, 55 yaşında qətlə yetirilib.