Partiyalar bələdiyyələrə doğru, irəli! - GÜNDƏM
Yusif Nəzərli
06:56 31.01.2025
Siyasət
619
REAL-dan və "Azad Vətən"in hər birindən 5 namizəd uğur qazanıb
AMİP-də 30 nəfər namizəddən səs-soraq yoxdur
Bələdiyyə seçkilərində bələdiyyələr üzrə lider namizədlər açıqlanıb. Lider namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Qeyd edək ki, bələdiyyə seçkiləri 118 dairəni, 685 bələdiyyəni əhatə edib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb. Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki fəallığı təxminən 31 faiz olub, yəni seçicilərin 1 milyon 800 milyondan çoxu səs verib. Səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb, seçici fəallığı 38,50 faiz olub. Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir. Burada aktivlik göstəricisi 24,45 faizdir.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a deyib ki, bələdiyyə seçkilərində iştirak etmək üçün 17 namizəd təqdim etməklərinə baxmayaraq, onların 11-i qeydiyyatdan keçib. Partiya rəhbərinin sözlərinə görə, ilkin nəticələrə görə, 5 nümayəndələri liderlər siyahısındadır:
"Ağdam, Sabirabad, Cəlilabad, Şəki və Quba rayonları üzrə təqdim etdiyimiz nümayəndələr həmin siyahıda yer alıblar. Yekun rəsmi nəticəni gözləyirik. 160-dan çox müşahidəçimiz Bakıda, rayonlarda seçki prosesində, səsvermə məntəqələrində aktiv iştirak etdilər. Partiya olaraq seçkiləri ümumilikdə demokratik, ədalətli seçkilər kimi dəyərləndirdik. Bəyanat da yaymışıq. Bələdiyyə seçkiləri dövlətçiliyin, idarəetmənin möhkəmləndirilməsi üçün çox vacibdir. Bizim mövqeyimiz dövlətçilik mövqeyidir".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə də deyib ki, bələdiyyələrin funksionallığının arzuolunan səviyyədə olmaması səbəbi ilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri seçkilərdə iştiraka əvvəlki dönəmlərdəki kimi həvəs göstərmirdilər. Lakin istənilən halda partiya olaraq seçkilərdə iştirak ediblər:
"30 nəfərə yaxın namizədimiz qeydə alındı. Eyni zamanda təxminən 600 nəfərdən artıq müşahidəçi ilə seçkiləri izlədik. Nəticələr bəllidir, təbrik edə biləcəyimiz namizədlərimiz də var”. Partiya rəhbəri seçki zamanı qayda pozuntusu ilə üzləşmədiklərini deyib: "Müşahidəçilərimizin verdiyi məlumatlara əsasən, seçkilərə hər hansısa kənar müdaxilə olmayıb, uğurlu və şəffaf keçib. Hansı partiyanın üzvü və ya bitərəf olmasından asılı olmayaraq, bələdiyyə üzvü seçilən şəxsləri təbrik edirik. Əminəm ki, yeni formalaşacaq bələdiyyələr dövlətə, xalqa faydalı xidmət edəcək. İnsanlarımızın problemlərini və istəklərini uğurlu səviyyədə həll edəcəklərinə inanırıq".
ReAL Partiyasının sədri Natiq Cəfərli də bildirib ki, yerli özünüidarə institutu olan bələdiyyələrin səlahiyyəti, məsuliyyəti və büdcəsi çox zəif olduğundan, bu vacib dövlət qurumuna seçkilərə maraq çox az oldu:
"ReAL Partiyası yarandığı gündən seçkili Mer deyir, qanun dəyişiklikləri təklif edir, icra hakimiyyətinin ləğvini istəyir. Gec-tez bunlar olacaq, çünki məntiq bunu deyir. Seçkilərdə 5 üzvümüz bələdiyyəyə üzv seçildi. Digər namizədlərimizlə bağlı bəzi pozuntular oldu, qanuni yollarla onların haqlarını qoruyacağıq. İlk dəfə partiyadan 5 bələdiyyə üzvünün seçilməsi kiçik bir uğurdur, böyük qələbələr kiçik addımlarla qazanılır. Seçilmiş üzvlərimizi təbrik edirəm, uğurlar diləyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region