Paşinyan: "Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq”
Yusif Nəzərli
11:15 14.10.2022
Siyasət
350
“Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq”.
“Report” “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmin sənədlərə əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında dövlət sərhədlərinə çevrilib:
"Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Komissiyanın yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub”, - Paşinyan bildirib.
Hökumət başçısı söyləyib ki, 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti ilə Fransa Prezidentinin və Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra delimitasiya prosesində fundamental sənədlərə əsaslanmaq barədə razılıq əldə olunub.
Xatırladaq ki, bu gün Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya