Paşinyan hədəflərindən daha birinə çatıb - TƏHLİL
13:29 10.07.2024
Siyasət
577
Sorğunun nəticələri göstərir ki, baş nazirin kreslosuna heç bir təhlükə yoxdur, o hələ bir müddət də hakimiyyətini qoruya biləcək
Əgər gələn bazar günü seçki keçirilsə, respondentlərin 14,4%-i hakim Mülki Müqavilə Partiyasına, 3,7%-i “Ermənistan” blokuna, 2,3% “Şərəfim var” blokuna, 1,5% keşiş Baqratın hərəkatına səs verərdi.
Bu, “Qallap” (Gallup) beynəlxalq araşdırmalar mərkəzinin keçirdiyi sorğuda üzə çıxıb.
Qurumun rəhbəri Aram Navasardyan əlavə edib ki, respondentlərin 8,6 faizi səsini heç kimə verməyəcəyini deyib, 7,1 faizi cavab verməkdən imtina edib, 22,5 faizi cavab verməkdə çətinlik çəkib.
“32,5 faiz seçkilərdə iştirakdan imtina edəcəyini bildirib. Belə çıxır ki, respondentlərin 40%-dən çoxu seçkilərdə iştirak etməyəcək”, - Navasardyan vurğulayıb.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan reytinqdə yenə də öndədir:
“Bu sorğularda özünü göstərir. Bu sorğu kifayət qədər real görünür. Keşiş Baqratın faizinə baxdıqda isə faiz göstəricisi çox aşağıdır. Halbuki, onun inqilab edəcəyini düşünənlər də az deyildi. Amma erməni xalqı ona dəstək vermədi. Etiraf edək ki, məğlub ölkə lideri sayılan Paşinyanın idarəçiliyini faiz nisbətində Ermənistanda bəyənənlər çoxdur. Artıq erməni xalqını seçkilər o qədər də maraqlandırmır. Nikolun əleyhdarları belə seçkiləri mənasız hesab edirlər. Onun üçün də artıq seçkiyə getməyən insanların sayı ümumi əhalinin yarısına çatmaqdadır. Bu da olduqca ciddi rəqəmdir. Getdikcə faiz göstəricisi artacaq. Sözsüz ki, burada Keşiş Baqratın mitinqlərində, eləcə də, ondan əvvəlki etiraz aksiyalarında iştirakçılara göstərilən fiziki zorakılıq da az rol oynamır. Bir sözlə burada insanların seçkilərdə Paşinyanın onsuzda qalib gələcəyi düşüncəsi ilə yanaşı həm də proseslərdən çəkinmələri halı da var”.
Siyasi şərhçi Paşinyanın istəyinə nail olduğunu da qeyd edib:
“Paşinyan hədəflərindən daha birinə çatıb. Ona siyasi fəallıq göstərən cəmiyyət lazım deyildi. Onun üçün də hakimiyyətə gəldiyi ilk vaxtlardan özünün etdiyi inqilabın şəxsinə qarşı təkrarlanmaması üçün zaman-zaman addımlar atdı və son 6 ildə buna qismən nail oldu, hazırda nəticələrini görməkdədir. Burada bir məsələ də var. Sorğunu Rusiyaya, yaxud Paşinyana yaxın dairələrin araşdırma mərkəzi keçirmir. Gallup beynəlxalq araşdırmalar mərkəzi Qərb dairələrinə yaxınlığı ilə seçilən sorğu mərkəzlərindən biri sayılır. Bu sorğuda üzə çıxan faiz nisbəti heç bir ölkə üçün, o cümlədən Paşinyan iqtidarı üçün o qədər də ürəkaçan durum deyil. Erməni baş nazir Qərblə hazırda yaxınlığı ilə seçilir. Amma belə bir sorğu ilə də üz-üzədir. Bütün bunlar sorğunun obyektivliyini göstərir. Amma istənilən halda hazırda Nikolun kreslosuna heç bir təhlükə yoxdur. O hələ bir müddət də hakimiyyətini qoruya biləcək”.
Qeyd edilib ki, sorğu 3-6 iyulda 1100 respondent arasında telefonla keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol