Paşinyan istəyinə nail ola bilər
Turan
08:40 22.01.2021
Siyasət
574
“Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür
Havadakı sis-duman dağıldıqca, erməni cəmiyyəti prosesləri daha aydın görməyə başlayır
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazır olduğunu söyləyib. Paşinyan müxalifətə səslənərək bildirib ki, əgər onu istəmirlərsə, seçki keçirərək ən layiqli baş naziri seçsinlər. Məsələ ondadır ki, müharibədən sonra baş nazirə qarşı çıxan müxalifət Paşinyanla açıq seçkiyə girməyə razı deyil. Onların məqsədi baş naziri seçkisiz, etirazçı kütlələrin təzyiqi ilə hakimiyyətdən devirərək müvəqqəti hökumət təsis etməkdir. Ekspertlərin fikrincə, müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını yaxşı bildiyi üçün növbədənkənar seçkiyə yaxın durmur.
Sadəcə “İşıqlı Ermənistan” müxalifət fraksiyasının deputatı Armen Yegizaryan partiyasının növbədənkənar seçkiyə hazır olduğunu bildirib. Nikol Paşinyan isə “parlament müxalifətinin onun 2021-ci ildə seçki keçirilməsi təklifini rədd etməsinə” təəccübləndiyini deyib. Baş nazir vurğulayıb ki, hakim qüvvənin təkcə özü üçün növbədənkənar parlament seçkisi keçirməsi məntiqli deyil. Paşinyan əlavə edib ki, bu məsələ hələ də gündəmdədir və müzakirələr davam edir.
Düşmən ölkədəki vəziyyəti “Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, zaman keçdikcə, Ermənistandakı mənzərə daha aydın görünür. Siyasi şərhçinin sözlərinə görə, Paşinyana qarşı meydanı qızışdıran “Qarabağ klanı” və onlara yaxın olan indiki Prezident Armen Sarkisyandır:
“Serj Sarkisyan və Robert Koçaryan cütlüyü və onların təsiri altında olan siyasi qruplaşmalar ölkədə anti-Paşinyan əhval-ruhiyyəsini artırmağa çalışırlar. Bu mübarizə müharibədən dərhal sonra effekt verirdisə, artıq etiraz dalğası səngiməyə başlayır. Havadakı sis-duman dağıldıqca, erməni cəmiyyəti prosesləri daha aydın görməyə başlayır. Yerli ermənilər “Qarabağ klanı”nın liderlərinə nifrət edirlər. Açıq-aşkar bildirirlər ki, Qarabağ ermənilərinin davası Ermənistanı uçurumun kənarına gətirib. Anlayırlar ki, Paşinyan hökumət başçısı kimi məğlubiyyətə uğrayıbsa, uduzan ordunun memarları Sarkisyan və Koçaryandır. Deməli, ölkənin məğlub duruma düşməsinin də səbəbkarı həmin qruplaşmadır. Paşinyan etirazların səngidiyini, xalqın onun tərəfində olduğunu sezdiyi üçün müxalifətə meydan oxuyur, onları növbədənkənar seçkiyə çağırır. Getdikcə Paşinyan “hər şeyin günahkarı olmaqdan” xilas olur, ictimai rəy lehinə dəyişir. Müharibə istəməyən erməni ekspertlər də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasının zəruriliyindən danışırlar. İndiki halda növbədənkənar seçkilər baş tutsa belə Paşinyan böyük səs fərqi ilə rəqiblərini məğlub edəcək. Hələlik iki tərəf də mübarizəsini sürdürür. Ancaq yaxın günlərdə “Qarabağ klanı”nın siyasi səhnədən uzaqlaşacağı ehtimalı böyükdür. Paşinyan da məhz bunu istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə