Beləliklə, Paşinyan yenə də gəldiyi yerə-küçəyə qayıdacaq. Yaxşı, bəs sonra? Paşinyanın yerinə gələn hansısa bir “-yan” bizimlə siyasətini necə quracaq? “Şirin vədlər” taktikasına əl atmayacaq ki? Hər halda bunu yaxşı bacarırlar.
Paşinyan “ölüm döşəyi”ndədir ! - “Əhalinin sosial reaksiyası qaçılmazdır” – Devirəcəklər !
Banuçiçək Kalbalıyeva
14:13 22.10.2020
Siyasət
1048
“O vaxtadək isə Azərbaycan döyüş meydanında elə uğurlar qazanacaq ki, danışıqlar prosesi müzakirə mövzusu belə olmayacaq”
“Ermənistan məğlubiyyətə məhkumdur. Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları da göz önündədir”
Ermənistan baş naziri Nikol Paşinyan mənasız ambisiyaları, məntiqsiz ritorikaları ilə çoxdan özünə “quyu qazmışdı”. İndi isə nəfəs ala bilmir, boğulur. Uğursuz siyasətçinin ideya və iddialarına görə erməni xalqını, o cümlədən əsgərləri qurbana çevirməsi artıq daxildə narazılıq yaradıb. Paşinyan bir az obrazlı dillə desək, “ölüm döşəyindədir”. Xalq hər an onu devirə bilər.
Beləliklə, Paşinyan yenə də gəldiyi yerə-küçəyə qayıdacaq. Yaxşı, bəs sonra? Paşinyanın yerinə gələn hansısa bir “-yan” bizimlə siyasətini necə quracaq? “Şirin vədlər” taktikasına əl atmayacaq ki? Hər halda bunu yaxşı bacarırlar.
Politoloq Əhməd Əlili bu barədə “Sherg.az”a danışıb:
“Ermənistanda vəziyyət çox pisdir. Rəsmi statistikaya görə min nəfər itki var. Hərçənd ki, bu, sadəcə döyüş meydanından çıxara bildikləri və kimliyi müəyyənləşmiş şəxslərdir. Üstəlik, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağdakı ermənilərin çoxu rəsmi qeydiyyata alınmayıb. Hələ ağır yaralılar da var. Deməli, real ölüm sayı üç mindir. Bu isə çox ciddi rəqəmdir. Əlbəttə, yerli əhalinin sosial reaksiyası qaçılmazdır. Lakin, məncə, indiki məqamda narazı qüvvələr də siyasi hakimiyyətin stabilliyinə çalışacaq. Yalnız hərbi əməliyyatların aktiv fazası geridə qaldıqdan sonra Paşinyanı devirəcəklər. O vaxtadək isə Azərbaycan döyüş meydanında elə uğurlar qazanacaq ki, danışıqlar prosesi müzakirə mövzusu belə olmayacaq”.
Ə.Əlilinin fikrincə, Ermənistan baş naziri bu uğursuzluğu əvvəlcədən təxmin edirdi:
“Yadınızdadırsa, o, müharibənin ilk günlərində parlamentdə belə bir ritorik sual verdi: “Siz Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razısınızmı?”. Təbii ki, hamı bir ağızdan “yox” cavabı verdi. Əslində məqsəd uğursuzluğun məsuliyyətini bölüşmək idi. Paşinyanın son vaxtlar Ermənistanın sabiq dövlət rəhbərləri ilə tez-tez görüşməsi də buna hesablanıb. Amma Ermənistan məğlubiyyətə məhkumdur. Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları da göz önündədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm