Paşinyan yenə absurd fikirlər səsləndirdi: "Nikolun niyyəti Kremli sakitləşdirməkdir"
Ayyət Əhməd
10:40 29.10.2019
Siyasət
584
“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibədə 3 məqam diqqətimi çəkdi”.
Sherg.az-ın xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin müsahibəsindən danışarkən deyib.
“Birincisi, Paşinyan deyib ki, Ermənistanda hakimiyyətin inqilab yolu ilə dəyişikliyin arxasında heç bir geosiyasi amil dayanmır. Yəni, Paşinyan demək istəyib ki, bu inqilabın arxasında Qərb dayanmayıb və o da özündən əvvəlkilər kimi Rusiya ilə strateji müttəfiqliyə sadiqdir. O, bu sözlərlə Kremli bir daha sakitləşdirmək istəyir. Rusiya rəsmiləri Nikol Paşinyanın bir sıra addımlarından, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsdə saxlamasından narazı qalsalar da, Ermənistanın yeni hakimiyyətini hələ ki, cəzalandırmağı düşünmürlər. Məsələn Paşinyan müsahibəsində misal çəkib ki, Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücum zamanı o, rusiyalı həmkarı Vladimir Putindən xahiş edib ki, Rusiya Suriyanın Qamışlı qəsəbəsində yaşayan 3 min ermənini qorusun. Paşinyanın sözlərinə görə Putin ona verdiyi vədi yerinə yetirib və erməniləri qoruyub.
İkincisi, Paşinyan müsahibədə tarixə dalıb və deyib ki, erməni elitası XVIII əsrdə Rusiyanı ona görə Cənubi Qafqaza dəvət edib ki, ermənilər qorunsun və Avropa sivilizasiyasına qovuşsunlar. Bəli, Rusiya ermənilərin istəyini artıqlamasıyla yerinə yetirib. Sadəcə, Paşinyanın “Avropa sivilizasiyası” barədə dediklərinə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımları xatırlatmaq lazımdır. Bir də gərək müsahibənin bu hissəsini Ermənistanla sıx münasibətləri olan İranın və bəzi ərəb ölkələrinin rəsmiləri də oxusunlar. Çünki Paşinyan Avropa sivilizasiyasını Şərq sivilizasiyasından üstün sayır.
Üçüncüsü, Paşinyan Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağına əminliyini ifadə edib. Paşinyanın sözlərinə görə, 30 il ərzində Ermənistan və Özbəkistan rəsmiləri arasında bir görüş belə olmayıb. Səbəb sadədir. Özbəkistanın məhrum dövlət başçısı İslam Kərimov Azərbaycan torpaqlarının işğalını qəbul etmirdi. Paşinyan müsahibəsində bu sadə səbəbi xatırlamağı “unudur”. Paşinyanın sözlərinə görə Özbəkistanın yeni prezidenti ilə MDB dövlət başçılarının Aşqabad sammiti çərçivəsində görüşüb. Bu görüşdə qarşılıqlı səfərlər razılaşdırılıb. Maraqlıdır ki, Türk Şurasının Bakıdakı toplantısında Özbəkistan prezidenti Şövkət Mirziyoyev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Paşinyanın rusiyalı jurnalistin “bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq istəyərsə, reaksiyanız necə olacaq” sualına isə qısa cavab verib: “Qoy əvvəlcə istəklərini bildirsinlər, sonra baxarıq”. Bu cavab bizə bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan işğalçı dövlətlə nə hərbi, nə də iqtisadi blokda yer almaq Azərbaycanın maraqlarına cavab vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol