Paşinyanın əməkdaşlıq təklifi ağır durumla bağlıdır
Turan
08:53 15.12.2020
Siyasət
634
"Ermənistanın dövlət olaraq varlığı rəsmi olaraq qonşularına qarşı torpaq iddiasından əl çəkməkdən keçir"
Uzun müddət Türkiyə və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən, türk ölkələrini real təhlükə kimi görən Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyində dəyişiklik olub. Ötən gün Təhlükəsizlik Şurasının iclasında çıxış edən baş nazir bildirib ki, mövcud reallıqlar rəsmi Ankara və Bakı ilə münasibətləri normallaşdırmağı tələb edir.
Paşinyanın fikrincə, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq lazımdır. Onun sözlərinə görə, hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq lazımdır. Xatırladaq ki, bir neçə gün əvvəl “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryan da qonşularla diplomatik dialoqun qurulmasının vacibliyini qeyd etmişdi. Koçaryan vurğulamışdı ki, Türkiyə ilə yaxşı münasibət qurulmalıdır. Çünki Türkiyə regionun ən böyük oyunçularından biridir: “Müharibədən qurtulmaq üçün ən yaxşı yol əlaqə və dialoqdur”.
Ermənistan rəhbərliyinin nisbətən dəyişən mövqeyi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bəzi erməni siyasətçilərin, hətta Baş nazir Nikol Paşinyanın Türkiyə və Azərbaycanla əməkdaşlıq barədə etirafları indiki ağır durumla bağlıdır. Analitik deyib ki, 44 günlük müharibə Ermənistanı hərtərəfli tam məğlub etdi:
“İşğal dövründə bir çox erməni əsilli tanınmışlar xalqın “üstün toplum” ideyası xəstəliyinə tutulduğunu anlayaraq yanlış yolda olduqlarını dəfələrlə qeyd etmişdilər. Əfsuslar olsun ki, onlar zamanında daxili auditoriyadan dəstək görmədilər.
Bu yaxınlarda tanınmış rejissor Karen Şahnazarov da “Qarabağ Azərbaycandır” dedi və erməni xalqının öz varlığını davam etdirməsi üçün əsassız iddialardan əl çəkməsinin zəruri olduğunu söylədi. Şahnazarov ermənilərə normal qonşuluq əsasında əməkdaşlıq etməyi tövsiyə etdi.
Ancaq Şahnazarov sosial şəbəkələrdə türkə satılmış xain adlandırıldı. Paşinyanın bu çağırışlarında səmimi olmadığını düşünürəm. Çünki baş nazir hələ də Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaq uğrunda ciddi iş aparır”.
Siyasi şərhçinin qənaətincə, erməni tərəfinin çağırışları o zaman inandırıcı ola bilər ki, rəsmən “erməni soyqırımı” uydurmasından və qonşu ölkələrə torpaq iddiasından əl çəksinlər:
“Əks təqdirdə bu cür bəyanatlar qeyri-səmimi olması ilə yanaşı, həm də qarşı tərəfi yuxuya vermək məqsədi daşıyır. Gerçəklik odur ki, ermənilər nə özləri düz-əməlli yaşayır, nə də qonşularına rahat yaşamaq imkanı verirlər.
Bu siyasət isə Ermənistanı məhvə sürükləyir. Son iki yüz ildə Rusiyaya arxalanaraq özünə dövlət qurmuş bir xalq əlinə düşən fürsətdən yararlanmaq əvəzinə gələcəyini qaranlığa çevirəcək təhlükəli oyunlarla məşğuldur. Halbuki, rəhbərlik ağılla düşünsəydi, Ermənistanın coğrafi mövqeyi bu ölkəni qonşuları ilə normal davranmağa sövq etməli idi. Ermənistan 4 tərəfdən türk torpaqları ilə həmsərhəd olduğunu unutmamalıdır.
Ermənistanın dövlət olaraq varlığı rəsmi olaraq qonşularına qarşı torpaq iddiasından əl çəkməkdən keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm