Paşinyanın əmridir
Paşinyanın əmridir
Yusif Nəzərli
02:36 27.10.2022
Siyasət
342
Zatulinin və Simonyanın bundan sonra erməni maraqlarından danışması ciddi qəbul olunmayacaq
Baş nazirin bu addımı siyasi oriyentasiyanı Qərbə çevirməsi ilə bağlıdır
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib. Zatulinin Ermənistana girişi qadağan olunub. Məlumata görə, Zatulinin arzuolunmaz şəxs sayılmasının səbəbi onun öz müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini sərt ittiham etməsi, Baş nazir Nikol Paşinyanı istefaya çağırması olub. Halbuki, Zatulin qatı ermənipərəst mövqeyi ilə tanınır. Qeyd edək ki, Zatulinin yaratdığı “Lazarev klubu” oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı.
Duma üzvü özü də qadağaya münasibət bildirib. Deyib ki, bu qərar onun üçün gözlənilməz olub: "Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, səfərim arzuolunmazdır, bəyanatlarım Ermənistan Respublikasına ziddir”.
Məlumat üçün bildirək ki, “Russia Today” telekanalının və “Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməni əsilli jurnalist Marqarita Simonyanın da Ermənistana girişi qadağan edilib. Bu haqda Simonyan özünün teleqram kanalında yazıb: "Uzun illərdir ki, Ermənistana şiddətlə dəstək verən Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də".
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistana girişi qadağan edilən rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması ciddi qəbul olunmayacaq. Analoji hal Simonyana da aiddir:
"Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdi. Paşinyanın bu addımı siyasi oriyentasiyanı Qərbə çevirməsi ilə bağlıdır. Lakin niyə Zatulin və Simonyan? Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır. Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və Nikolun rəqibləri üçün platforma rolunu oynayır. Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək. Bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya