
“Pəmbək mahal”ından keçəcək yeni bir yol ideyası - RƏY
09:50 14.04.2024
Siyasət
472
Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan Bakının fevralın 21-də “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantına cavab verib. İki ölkə arasında son günlər gərgin atmosfer hakim olsa da, danışıqların davam etməsi, “sülh müqaviləsi” layihəsinə dair təkliflərin vaxtaşırı verilməsi müsbət hadisədir. Ekspertlərə görə, prosesin yekunu sülh sazişinin tərtib edilməsi və imzalanması ilə nəticələnə bilər.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, sülh müqaviləsinin imzalanmasını gecikdirən bir sıra məqamlar var.
Ekspertin sözlərinə görə, bunlardan biri regional kommunikasiyaların açılmasıdır:

"Əsas mübahisəli məqam isə Zəngəzur dəhlizidir. Rəsmi Bakı Zəngəzurdan keçən yolun dəhliz prinsipi ilə, Ermənistan isə yol prinsipi ilə icrasını dəstəkləyir. Tərəflərin fərqli görüşdə olması, məsələni milli və regional maraqları ilə arqumentləşdirməsi prosesi uzadır. Prinsip etibarilə rəsmi Bakı üçün prioritet təşkil edən əsas məsələ regional kommunikasiyaların açılmasıdır. Bunun Zəngəzurdan keçən hissəsinin dəhliz prinsipi ilə icra edilməsi bizim üçün mühüm olsa da, prioritet sayılmaya bilər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində demişdi ki, “Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib – əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir”. Hesab edirəm, Zəngəzur dəhlizi məsələsində israr etməkdənsə dəhliz prinsipinə yaxın təkliflər verməliyik. Misal üçün Ermənistanın cənubundan, yəni Zəngəzurdan keçəcək yol ilə paralel şimaldan, yəni tarixi “Pəmbək mahal”ından keçəcək yeni bir yol istəmək olar".
Analitik vurğulayıb ki, ümumiyyətlə, Pəmbək mahalı strateji ərazidir və həm Gürcüstan, həm də Türkiyəyə gedən yolların kəsişdiyi qovşaq rolunu oynayır:
"Qursalı kəndi isə bu mahalın mərkəzində yerləşən mühüm yaşayış məskənidir. Tarixən azərbaycanlıların yaşadığı Pəmbək mahalı və Qursalı kəndindən keçəcək bir yoldan istifadə bizə mühüm dividentlər qazandıra bilər. Hər şeydən öncə, bu yol vasitəsilə Türkiyə ilə daha qısa və az xərcli bağlantı qurmaq olar. Bu həm də Azərbaycan və Türkiyənin Ermənistan bazarına girişini, habelə Bakının gələcəkdə bu ərazilərdən keçəcək yeni neft və qaz layihələri ərsəyə gətirməsinə baza yarada bilər. Burada əsas məsələ həm Pəmbək, həm də Zəngəzurdan keçəcək yollardan istifadəyə dair Ermənistandan istənilməsi mümkün olan imtiyazlardır. Buna az gömrük rüsumu, ya da rüsumsuz, maneəsiz hərəkət kimi şərtlər misal ola bilər. Bu və bu kimi təkliflərlə Ermənistanı razı salsaq, sülh müqaviləsi istiqamətində ciddi bir əngəl aradan qalxar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual