
Politoloq: Azərbaycan-Avropa münasibətlərinin inkişafı üçün müsbət şərait var
Yusif Nəzərli
14:47 17.05.2025
Siyasət
410
Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı, ölkənin Avropa məkanında artan siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təzahürüdür. Bir zamanlar Avropa İttifaqı ilə münasibətlərdə müşahidə olunan soyuqluq və müəyyən qüvvələrin Azərbaycana qarşı ədalətsiz yanaşmaları artıq arxada qalıb. Bu dəyişiklik, ilk növbədə, rəsmi Bakının prinsipial və ardıcıl mövqeyi, Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olub. Bu gün Aİ də regionda reallıqları qəbul edərək Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə strateji mövqeyini anlayır və onunla əməkdaşlığa üstünlük verir. Azərbaycan bir tərəfdən Çinlə hərtərəfli strateji tərəfdaşlıq quraraq Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrini gücləndirir, digər tərəfdən isə Aİ ilə münasibətlərini qarşılıqlı maraqlara əsaslanan platformada inkişaf etdirir. Bütün bu amillər Azərbaycanın geosiyasi əhəmiyyətini, orta güc aktoru kimi qəbul edilməsini və beynəlxalq arenada etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” 6-ci Zirvə toplantısında iştirakı Azərbaycan diplomatiyasının böyük uğuru kimi təqdim olunmalıdır:

“Çünki dövlət başçısının keçirdiyi çoxtərəfli və ikitərəfli görüşlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və ölkəmizin qalibiyyətinin daha da möhkəmləndirməsi istiqamətində adımlar atıldı. Şübhəsiz ki, toplantılar içərisində ən çox diqqət çəkəni Cənab Prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüş oldu. Həmin görüş zamanı yayılmış fotoşəkillər və söylənilən fikirlər deməyə əsas verir ki, artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb. Eynilə Fransa Prezidenti Emmanuel Makronun İlham Əliyevlə görüşmək üçün göstərdiyi səylər onların rəsmi Parisin sərgilədiyi hərəkətlərin nəticəsiz olduğunu başa düşdüklərini göstərir. İlham Əliyevin çox yüksək səviyyədə qarşılanması, tədbir çərçivəsində ona göstərilən maraq dövlət paşçısının şəxsi nüfuzunun və Azərbaycan dövlətinin gücünün kifayət qədər yüksəkdə olduğunun bariz nümunəsidir. Eyni zamanda İlham Əliyevin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşü və səmimi görüntüləri Azərbaycan-Avropa münasibətlərinin yeni mərhələyə qədər qoyduğunu göstərir. Kaya Kallasın sələfi Cozef Borelin dövründə Azərbaycan-Avropa Birliyinin münasibətləri kifayət qədər gərgin idi. Ancaq indiki zamanda bunun inkişafı üçün müsbət şərait var. Düşünürəm ki, bu məsələdən Avropa Birliyinin rəhbərliyi də istifadə edəcək və əvvəlki rəhbərliyin səhvlərini təkrarlamayacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region
Təbriz bombardman edildi - Ölənlər var
11:24 23.03.2026
Gündəm
İlham Əliyev Şahbaz Şərifi təbrik edib
11:13 23.03.2026
Rəsmi