Politoloq: İranda xalqın mənafeyinə xidmət edəcəyini vəd edən ikinci prezidentin olduğunu xatırlamıram
09:31 30.07.2024
Siyasət
476
Bu gün İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi baş tutur.
İranın yeni prezidentinin andiçmə mərasimində 80 ölkədən nümayəndə iştirak edəcək. Tədbirdə 2 prezident, 4 baş nazir, 11 spiker, 4 vitse-spiker olmaqla 80 ölkədən nümayəndə heyəti iştirak edəcək.
Eyni zamanda “İranın əziz dostu” Ermənistanın Baş naziri Nikol Paşinyan da yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək məqsədilə Tehrana yollanıb.
O, Ayətullah Xamenei ilə görüşüb. Baş nazir daha sonra İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, İranda Məsud Pezeşkianın andiçmə mərasiminə qoşulan ölkələrin sayı o qədər də çox deyil:
“Həmin dövlətlər İranla bilavasitə normal münasibətləri və bütün sahələr üzrə əməkdaşlığı olan ölkələrdir. Qərb dünyasından hansısa dövlət rəsmisinin sözügedən tədbirə qatıldığını görmürük. Bu təkcə Məsud Pezeşkianın şəxsiyyətinə münasibət deyil, eyni zamanda İran dövlətinə, onun rejiminə və siyasətinə olan yanaşmadır. Andiçmə mərasiminin səviyyəsi oradan iştirak edəcək dövlətlərin sayı və statusuna görə ölçülür. Məsud Pezeşkian bundan əvvəlki prezident və kursundan fərqli olaraq yeni bir isimdir. Bir növ dırnaqarası islahatlar qanadını təmsil edir. Bu isə Məsud Pezeşkianın bütün dünya dövlətlərinə və güc mərkəzlərinə açıq şəxs olduğunu göstərir. Bu bütövlükdə İran rejiminin, xüsusilə də Ali Rəhbəri Əli Xameneinin yeni taktiki gedişinin təzahürüdür. Yəni İranla Qərb dünyası arasında yaranan gərginliklər rəsmi Tehranın iqtisadiyyatında ciddi sıxıntılara gətirib çıxarıb. Həmin kontekstdə İrana tətbiq edilən iqtisadi sanksiyalar var. Ona görə də İranın yenidən dünyaya açılmasına ehtiyac var ki, Məsud Pezeşkianın prezidentliyə namizədliyinin təsdiqlənməsi də məhz buna hesablanmışdı. Təbii ki, Məsud Pezeşkian ona olan inamdan irəli gələrək xalqın etimadını qazanıb. İranda rejimin razı olmadığı heç bir namizəd seçki prosesinə qatıla bilməz. Məsud bəyin timsalında xalqın İranın daxilində müəyyən sahələr üzrə dəyişiklik ola biləcəyi inancı yarandı. Bu kontekstdə daxili siyasətdə Məsud Pezeşkian müəyyən dəyişikliklər etməyə çalışacaq. Çünki hökumət başçısıdır və sözügedən məsələdə müəyyən mənada müstəqilliyi var. Ən azından iqtisadiyyatın dirçəldilməsi, iş yerlərinin açılması və dünya dövlətləri ilə əlaqələrin tənzimlənməsi fonunda yeni bazarlara çıxış, istehsalın artırılması yönündə irəliləyiş əldə edə bilər. Bu isə İrandakı cəmiyyətin rifahına öz təsirini göstərəcək. İndiyə qədər xalqın mənafeyinə xidmət edəcəyini vəd edən ikinci prezidentin olduğunu xatırlamıram”.
Analitiki vurğulayıb ki, Məsud Pezeşkianın xarici siyasətdə konkret fundamental dəyişikliklər etmək imkanı yoxdur:
“Çünki bu siyasəti Ali Ruhani Xamenei müəyyənləşdirir. İstər strateji, istərsə də taktiki yöndə bütün siyasət Ali Ruhani səviyyəsində müəyyən olunur, sadəcə olaraq icra etmək hökumətə tapşırılır. Ancaq Avroatlantik Qərb məkanı ABŞ və Avropa Birliyi ilə münasibətləri tənzimləyən üçün yeni demokratik yöndə dəyərləndirən simaya ehtiyac var idi. Məsud Pezeşkian həmin şəxs ola bilər. Gələcəkdə Məsud Pezeşkianın fərqli siyasət yürütdüyü görünərsə, Qərb dünyası yeni hökumətə qarşı müsbət mənada addımlar atar. Bu isə danışıqların başlamasına və münasibətlərin normallaşmasına qədər prosesləri inkişaf etdirə bilər. Əgər imkan versələr, Məsud Pezeşkian bu məsələnin öhdəsindən gələ biləcək mənəvi, siyasi dəyərlərə sahib şəxsdir. Eyni zamanda Məsud Pezeşkianın siyasəti qonşu dövlətlərlə bərabər türk dünyası ilə də münasibətləri daha da inkişaf etdirmək istəyidir. Belə bir inkişaf İranın xeyrinə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz