
Prezident mühüm tədbirdə: Ölkəmizin önəmi günü-gündən daha da artır -ANALİZ
13:54 18.07.2024
Siyasət
492
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.
Sherg.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.
İlham Əliyevin sözügedən toplantıda iştirakını “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycan hazırda Avropanın siyasətində əsas rol oynayan dövlətlərdən biridir:

“Ölkəmizin önəmi günü-gündən daha da artır. Bu Avropa dövlətlərinin Azərbaycana yanaşmasında da özünü göstərir. Sözügedən sammit çərçivəsində Avropa liderlərinin Prezident İlham Əliyevə yanaşması da buna sübutdur. İndiki məqamda İlham Əliyevin Avropada mövqeyi çox güclüdür. Postmüharibə dövründən sonra dövlət başçısı İlham Əliyevin və Azərbaycanın mövqeyi dünya miqyasında kifayət qədər yüksəlib. Hazırda İlham Əliyevin Oksfordda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə” mövzusunda dəyirmi masada iştirakı da Azərbaycanın enerji siyasətində həlledici rola malik olduğunu göstərir. Azərbaycan enerji siyasətindən çox düzgün şəkildə yararlanır. Bu müddət ərzində sözügedən siyasət Azərbaycan diplomatiyasının təməllərindən birini təşkil edib. Müharibədən sonra Azərbaycanın xarici əlaqələri daha geniş şəkildə formalaşıb. Azərbaycan həm enerji, həm də siyasi müstəvisinə görə Asiyanı Avropayla birləşdirən mühim dövlətdir. Azərbaycan dövlətinin həyata keçirməyə çalışdığı yeni layihələr də məhz bu körpünün daha uğurlu şəkildə möhkəmlənməsinə xidmət edəcək amillərdir. İlham Əliyevin həyata keçirdiyi siyasət davam etdikcə Azərbaycan daha da güclənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət