Prezidentin köməkçisi: Gürcüstan-Azərbaycan qonşuluq münasibətləri Ermənistan üçün də nümunə ola bilər
09:32 13.03.2025
Siyasət
323
“Biz konkret layihələrlə müxtəlif regionları birləşdiririk”.
Sherg.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan həmfikir olan ölkələri birləşdirməyə çalışır: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli konfliktlərin həlli üçün nümunədir. Bəzən erməni həmkarlar deyir ki, Azərbaycan Ermənistanın müstəqilliyini təyin edib, çünki işğal siyasəti onların müstəqilliyi üçün təhdid idi. Bəzi hadisələr indi Yaxın Şərqdə baş verir. Azərbaycan coğrafi baxımdan Yaxın Şərqə yaxın ölkədir. Bu reallıqları nəzərə alaraq, xaric siyasətimizin prioritetində Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə çalışırıq. Bundan başqa Türkiyə, TDT bu bölgədə yeni reallıqdır. Bizdə resurslar var. Eyni zamanda, Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq münasibətlərinin nümunəsidir. Bu Ermənistan üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir. Bazar böyükdür, iki böyük iqtisadi güc də dənizin qütblərindədir. Azərbaycanın çoxtərəfli siyasəti bununla da bitmir. Azərbaycan enerji konsepsiyası vasitəsilə çalışır ki, 3-4 dənizi birləşdirsin. Azərbaycanın enerji layihələri artıq Adriatik dənizi sahillərinə çatıb. Biz 4 dənizi yeni tərəfdaşlıqda birləşdiririk. Balkanlarla aramızda məsafə çoxdur, lakin çoxtərəfli inkişafla biz yeni reallıqlar yaradırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq