Putin Ərdoğanı Soçi görüşünün yekunları barədə məlumatlandırıb - YENİLƏNİB
Yusif Nəzərli
16:40 01.11.2022
Siyasət
407
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşünün nəticələrini müzakirə edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələri də müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Həmçinin, fürsətdən istifadə edən Vladimir Putin bir daha Rəcəb Tayyib Ərdoğanı 29 oktyabr - Respublika Günü münasibətilə təbrik edib.
Danışıqlar zamanı müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin müntəzəm davam etdirilməsi razılaşdırılıb.
Mənbə: kremlin.ru
20:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ankaradakı Prezident Administrasiyasından verilən açıqlamaya görə, görüşdə regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Görüş zamanı prezident Ərdoğan taxıl daşınması üzrə İstanbul sazişinin icrası ilə bağlı problemlərin həlli üçün konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və bunun yalnız danışıqlara qayıtmaqla mümkün olduğunu ifadə edib.
Həmçinin, Türkiyə Prezidenti “Valday” Diskussiya Klubunun toplantısındakı çıxışında Türkiyə və özü ilə bağlı səmimi açıqlamalarına görə Rusiya dövlət başçısına təşəkkür edib.
Mənbə: Haber Global
17:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.
Türkiyəli diplomat bildirib ki, Türkiyə dövlət başçısı Vladimir Putin və Volodimir Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək.
“Prezidentimiz məsələ ilə şəxsən maraqlanır və biz bu məsələni həll edə biləcəyimizə inanırıq”, – M.Çavuşoğlu vurğulayıb.
O əlavə edib ki, “Taxıl müqaviləsi” bütün bəşəriyyətin taleyinə təsir edir və bu məsələni müharibədən ayırmaq lazımdır.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm