Putinin siyasəti! – “Qarabağ məsələsini uzun illər davam etdirməkdir,amma...”
Yusif Nəzərli
11:30 01.11.2022
Siyasət
531
“Bunun nə qədər davam edəcəyi isə bizim xarici siyasətimizdən asılıdır"
Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 31-də Soçidə keçirilən görüşü gec' saatlarında başa çatıb.
Görüşdən sonra açıqlama verən Vladimir Putin deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə üçtərəfli görüş 2 saatdan artıq sürüb. O, eyni zamanda hər iki ölkənin nümayəndə heyəti ilə də görüşdüyünü vurğulayıb.
Rusiya prezidenti görüşün faydalı keçdiyini, gələcək mümkün razılaşmalar üçün yaxşı mühit yaradıldığını bildirib:
“Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi. Mən belə bir ümumi qiymətləndirmə ilə razıyam ki, görüş faydalı olub və ümumilikdə vəziyyətin tənzimlənməsi istiqamətində sonrakı addımların atılması üçün şərait yaradılıb”.
Putinin açıqlamasını dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, bununla Putinin başlıca məqsədi erməni ictimaiyyətinə mesajlar göndərməkdir:
"Erməni cəmiyyəti Paşinyandan Qarabağda “status- kvo”nu yenidən bərpa etməyi tələb edir. Lakin o bunu edə bilmir. Çünki müəyyən cavabdehlikləri var. Ancaq bunu indi Putin öz üzərinə götürərək çatdırır ki, madam Paşinyan bunu edə bilmir biz edəcəyik. Bu səbəbdən də erməni ictimaiyyətinə mesajlar ötürür ki, həll olunmamış məsələlər var. O bunu "Valdai" konfranansında da dilə gətirərək demişdi ki:- Əgər Qarabağda yaşayan ermənilərin hansısa milli xüsusiyyətlərini nəzərə almaq lazımdırsa, biz buna hazırıq.
O milli xüsusiyyətlər deməklə isə, Qarabağ ermənilərinin Azərbaycanda yaşamaq xüsusiyyətləri və onların təhlükəsizliyi məsələsini nəzərdə tutur. Yəni burada Putin özünü onların təhlükəsizliyini təmin edəcək bir faktor kimi, təqdim edir.
Bunların hamısı isə Rusiyanın və Putinin Qafqaz siyasətinin göstəricisidir. Sözügedən siyasət Qarabağ probleminin dondurulması və uzun illər davam etməsi yönündə aparılır. Bunun nə qədər davam edəcəyi isə bizim xarici siyasətimizdən asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm