
Qarabağdan Ukraynaya... -Ukrayna-Rusiya danışıqları Bakıda başlaya bilər
Yusif Nəzərli
05:56 29.07.2025
Siyasət
420
Azərbaycan qlobal diplomatiyada yeni güc mərkəzinə çevrilir
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin Rusiya və Ukrayna arasında sülh danışıqları üçün platforma təklif etdiyini açıqlayıb. Bu təklif Azərbaycanın son illərdə beynəlxalq danışıqlar və münaqişələrin həlli istiqamətində getdikcə güclənən rolunu bir daha önə çıxarır.
H.Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.
O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir: "Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər".
Araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında deyib ki, Bakı son illərdə beynəlxalq danışıqlar və münaqişələrin həlli ilə bağlı diplomatik platforma kimi mühüm rol oynayır:

“Qlobal təhlükəsizlik məsələsi bu gün beynəlxalq münasibətlər sistemində ən mühüm mübahisə və müzakirə mövzusudur. 2023-cü ilə qədər Cənubi Qafqaz regionu qlobal təhlükəsizlik üçün potensial risk mənbəyi sayılırdı. Azərbaycanın əraziləri uzun müddət işğal altında olmuş, bu ərazilərdə separatçı rejim fəaliyyət göstərmişdi. Lakin 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun apardığı 44 günlük müharibə nəticəsində işğala son qoyuldu. 2023-cü ilin sentyabrında isə separatçı rejim tamamilə tərksilah edilərək tarixə qovuşdu.
Bütün bu proseslərdən sonra Azərbaycan regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün ciddi təşəbbüslərlə çıxış etməyə başladı. Bakı artıq beynəlxalq danışıqlar üçün önəmli diplomatik platforma kimi tanınır və bu rolu getdikcə möhkəmlənir.
Azərbaycan, müxtəlif dövrlərdə fərqli güc mərkəzləri arasında balanslı münasibətlər quraraq, münaqişələrin sülh yolu ilə həllinə töhfə verən tərəf kimi çıxış edib. Bu, həm ölkənin geosiyasi mövqeyindən, həm də onun müstəqil və praqmatik xarici siyasətindən irəli gəlir”.
Quliyevin sözlərinə görə, hazırda Ukrayna münaqişəsi elə bir mərhələyə çatıb ki, hər iki tərəf sülhə ehtiyac duyur. Regionda sabitliyin bərqərar olması, əlbəttə ki, Azərbaycanın da milli maraqlarına cavab verir:
“Ümid edək ki, Rusiya və Ukrayna tərəfləri Hikmət Hacıyevin bu təklifinə konstruktiv yanaşacaq və Bakı bu mühüm dialoqa ev sahibliyi edəcək. Belə bir təşəbbüs Azərbaycanın sülhpərvər imicinə müsbət təsir göstərməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Azərbaycanın iqtisadi, hərbi və diplomatik potensialı ölkəmizin bu cür qlobal təşəbbüsləri reallaşdırmaq iqtidarında olduğunu sübut edir. Bakı artıq təkcə regional deyil, qlobal diplomatiyada da söz sahibi olan bir mərkəzə çevrilməkdədir. Bakı bu gün sabitlik, dialoq və qarşılıqlı anlaşma platforması kimi qəbul olunur və bu status gələcəkdə də ölkəmizə mühüm diplomatik təşəbbüslərdə aparıcı rol oynamaq imkanı verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur