
Qərb Ukraynada müharibəni davam etdirəcək - ŞƏRH
09:50 11.07.2024
Siyasət
455
Başda ABŞ olmaqla bir çox ölkə müharibənin hazırkı nəticələri ilə razı deyil
NATO sammitinin ilk günündə ABŞ Prezidenti Co Bayden, Niderland Baş naziri Dik Şof, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Meloni, Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri verilməsi ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bu ölkələr Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi verərək, Ukrayna şəhərlərinin, mülki şəxslərin və hərbçilərin qorunmasına kömək edəcək.
Bundan əlavə, yaxın aylarda ABŞ və tərəfdaşlar Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və Gepard sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi təqdim etmək niyyətindədirlər. Həmçinin Kanada, Norveç, İspaniya və Böyük Britaniya da daxil olmaqla, bir neçə müttəfiq eyni sistemləri tədarük etməyə davam edəcək.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna müharibə başlayandan bəri Qərbdən hava hücumundan müdafiə sistemlərinə möhtac idi:
"Zelenski bunu dəfələrlə dilə gətirib. Gec də olsa, Qərbin Ukraynaya hava hücumdan müdafiə sistemlərinin verilməsi orduya həm texniki, həm də mənəvi dəstəkdir. Hesab edirəm ki, bu Ukrayna əhalisi üçün vacibdir. Çünki müharibənin gedişatı əhalidə bir bədbinlik yaradıb. Lakin rəsmi Kiyevə hava dəstəyi verilməsi müharibənin gedişatında əsaslı dönüş yaratmayacaq. Çünki Rusiya cəbhələrdə möhkəmlənib və ən pis halda aldıqları əraziləri müdafiə edərək əldə saxlaya bilər. Biz bilirik ki, müdafiə olunmaq hücum etməkdən daha rahatdır. Müharibə başlayandan bəri Ukrayna ağır itkilər verir. Başda ABŞ olmaqla bir çox ölkə müharibənin hazırkı nəticələri ilə razı deyil. Düşünürəm ki, Qərb bundan razı olmayana kimi müharibə davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol