Qərb yenidən sülh çağırışlarına başlayıb: Səbəb? - ŞƏRH
00:47 07.02.2024
Siyasət
515
Qərb Ermənistanla Azərbaycan arasında istənilən sənədin imzalanmasına nail olmaq istəyir. Bu barədə erməni mətbuatı yazıb. Məlumatda qeyd olunub ki, diplomatik mənbələrin məlumatına görə, bir sıra yüksək səviyyəli Avropa və Amerika rəsmiləri sülh müqaviləsi imzalanacağı təqdirdə Nikol Paşinyan və İlham Əliyevin Nobel sülh mükafatına namizəd kimi irəli sürülməsi üçün lobbiçilik edəcəklər.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Qərb dövlətlərinin belə bir təcrübəsi var. Professor xatırladıb ki, ötən dövrlərdə baş vermiş müharibələrdən sonra imzalanmış sülh sazişlərində bu məsələlər gündəmə gətirilib:
"1978-ci ildə Misir Prezidenti Ənvər Sadat ilə, İsrail Prezidenti Menaxem Begin arasında 12 gün davam edən gizli danışıqların ardından "Kemp-Devid müqaviləsi" imzalandı. Bu, ABŞ Prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilə idi. Sonra İsrailin baş naziri ilə Fələstin rəhbəri arasında əldə olunan atəşkəsdən sonra hər iki liderə Nobel sülh mükafatı verdilər. Yəni bənzər hadisələr yaşanıb. Qərbin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına çalışması təsadüfi deyil. Ermənistanda vəziyyət Qərbin nəzarətindən çıxmaq üzrədir. Parlament sədri Alen Simonyanın başçılığı ilə Rusiya Ermənistanda dövlət çevrilişinə hazırlıq görür. Dövlət Dumasının deputatı Savelyev erməniləri hədələdi ki, "siz İrəvansız qala bilərsiz". Görünən odur ki, Moskva fəal işə keçib. Qərb də çalışır ki, bu məsələləri qaydaya salsın. Rəsmi Bakı öz mövqeyini ortaya qoyanda, sülhə çağırış edəndə Qərb buna barmaqarası baxırdı. İndi isə Nobel sülh mükafatından danışırlar".
C.Nuriyev vurğulayıb ki, əslində, cənab İlham Əliyev bu mükafata layiqdir. Paşinyan isə sülhlə bağlı mükafata layiq olmaq üçün indiyədək heç bir addım atmayıb: "Amma Nobel sülh mükafatı adətən kollektiv verilir. Yəni bir liderə verilərkən digərini də ora qatırlar. Ancaq bunun baş verəcəyinə inanmıram. Daha doğrusu, Qərbin bunda maraqlı olduğunu düşünmürəm. Məncə, şirnikləndirmək üçün, qulağa xoş gəlmək üçün ortaya atılmış məsələdir. Bütün hallarda Azərbaycan öz məqsədinə çatıb və xalqın cənab İlham Əliyevə olan sevgisi, inamı, etimadı Nobel sülh mükafatından qat-qat dəyərlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə